Accessibility links

Suriyanın xarici işlər naziri Səudiyyə Ərəbistanına əsgəri qüvvə göndərilməməsinə dair xəbərdarlıq edib


Suriyanın xarici işlər naziri Valid Muallem Dəməşqdə mətbuat konfransı zamanı
Suriyanın xarici işlər naziri Valid Muallem Dəməşqdə mətbuat konfransı zamanı

Suriyanın xarici işlər naziri Valid Muallem şənbə günü keçirdiyi mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanına onun ölkəsinə əsgəri qüvvə göndərməməklə bağlı xəbərdarlıq edərək, əsgərlərin vətənə tabulatda qayıdacağını bildirib.

Jurnalistlər, yüksək səviyyəli hökumət rəsmiləri və dəvət olunmuş başqa şəxslərin iştirak etdiyi mətbuat konfransında danışan veteran xarici işlər naziri BMT-nin sposorluq etdiyi Cenevrə danışıqları haqda danışıb və hərbi əməliyatlraın "terrorçular məğlub olana qədər" davam etdiriləcəyini deyib.

Valid Muallem təkidlə bildirib ki, Suriya hökuməti BMT-nin səylərinə baxmayaraq, İslam Dövləti qrupu, Əl-Qaidə və başqa terrorçu qrupların ölkədə döyüşləri davam etdirdiyi müddətdə atəşkəsə razı olmayacaq.

O deyib ki, məntiqlə Suriyada quru qüvvələrin hər hansı müdaxiləsi istisna edilir, lakin Səudiyyə Ərəbistanı rejiminin quru qüvvələr göndərməyə hazırlığını bildirməsi heç bir şeyin istisna edilmədiyini göstərir. O, Səudiyyə Ərəbistanına Suriya torpağında hər hansı müdaxilə təcavüzkarların vətənə taxta tabutlarda göndərilməsi ilə nəticələnəcək.

Səudiyyə Ərəbistanı quru qüvvələr göndərməyə hazırdır

Sədiyyə Ərəbistanının Müdafiə nazirliyinin sözçüsü general Əhməd Əl-Əssiri ərəb mətbuatına ölkəsinin Suriyada döyüşlərdə iştirak etmək üçün quru qüvvələr göndərməyə hazır olduğunu bildirib.

O deyib ki, Səudiyyə Ərəbistanı Krallığı Suriyada ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı razılaşdırılmış qaydada hər hənsı quru əməliyyatda iştirak etməyə hazırdır.

Prezident Obama Səudiyyə Ərəbistanının quru qüvvələr göndərmək haqda təklifini alqışlayıb.

Cenevrə danışıqları

Xarici İşlər naziri Valed Muallem BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturanın Suriya müxalifət liderləri ilə danışıqlar keçirməsini tənqid edərək, onların "Suriya xalqını təmsil etmədiyini" bildirib. O həmçinin hökumətə qarşı döyüşən silahlı qrupları kəskin tənqid atəşinə tutub və Rusiyaya hərbi yardıma görə təşəkkürünü bildirib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Cenerədə danışıqlar zamanı
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Cenerədə danışıqlar zamanı

Valed Muallem deyib ki, Rusiyanın rolu İslam Dövləti, Cəbhə Əl-Nusra və Əl-Qaidə ilə əlaqəsi olan başqa qruplar məğlub edilməyənə qədər bitməyəcək.

Vəziyyət daha da gərginləşir

Tafts universitetində Fletçer Diplomatiya Məktəbində İssam Fares Mərkəzinin direktoru Nədim Şehadi Suriya hökuməti və onun müttəfiqlərinə adekvat əks-cavab verilməyənə qədər Suriyada vəziyyətin daha da pisləşəcəyini bildlirir.

Suriya hökumət qüvvələrinin Hələbdə hava hücumlarından sonra
Suriya hökumət qüvvələrinin Hələbdə hava hücumlarından sonra

"Hazırda Rusiya, İran və Əsəd rejiminin Suriyada hərbi həll yoluna çalışdığı və ABŞ və müttəfiqlərinin bunun qarşısının almadığı haqda fikir yayılmaqdadır. Bu da regionda daha artıq gərginliyə və radikalizmə yol aça bilər"-deyə o bildirib.

Dubayda Yaxın Şərq üzrə təhlilçi Teodor Karasik isə regionda gərginvəziyyət nəzərə alınaraq, ABŞ-ın müttəfiqiləri və Suriya hökumətinin düşmənləri olan Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən müdaxilənin ciddi nəticələri ola biləcəyini fikrini ifadə edib.

XS
SM
MD
LG