Accessibility links

Suriya Türkmən Məclisi Başqanı: Torpaqlarımızda gözləri var [Audio-Müsahibə]


Əbdürrəhman Mustafa
Əbdürrəhman Mustafa

Əbdürrəhman Mustafa Amerikanın Səsinə danışır

“Nə yazıq ki, bütün qarşıdurmalar bizim bölgələrdə cərəyan edir. Türkmənlərin birdən artıq düşmanı var... Bizi həm Əsəd rejimi, həm də terrorist qruplar vurur. Buna görə də Suriya iç savaşının ən böyük qurbanı türkmənlərdir,” deyə Suriya Türkmən Məclisi Başqanı Əbdürrəhman Mustafa Amerikanın Səsinə müsahibədə vurğulayır.

Suriya türkmənlərinin lideri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:48 0:00

Osmanlı İmperiyasının çökməsindən bəri Suriyada yaşayan türkmənlərin məruz qaldığı zülm və basqıları Amerikanın Səsinə açıqlayan türkmən lider eləcə də, türkmənlərin yerləşdiyi bölgələr və əhalisinin sayı, ötən beş ildə müxtəlif türkmən bölgələrində Suriya hakimiyyəti, İŞİD və digər silahlı qruplar tərəfindən yürüdülən etnik demoqrafiyanı dəyişdirmə siyasətləri, törədilən cinayətlər və qırğınları şərh edib.

5 il öncə 2011 ilində Suriyada haqlı olaraq xalq ayaqlanması başlayanda, zülmə və diktatorluğa qarşı özgürlük özləmi olan Suriya xalqı ilə birlikdə türkmənlər də ön səfdə yer aldılar. Yəni ərəbi ilə, kürdü ilə, türkməni ilə hərkəs bu zülmə qarşı mücadilə verdi və türkmənlər də ön səfdə oldu. Nə yazıq ki, bunun bədəlini də ən ağır ödəyənlər türkmənlər oldu. Ancaq bu, mediada çox yer almadı.
Əbdürrəhman Mustafa

2012-ci ildə Suriya Türkmənləri Platformasının formalaşmasının ardından 2013-cü ilin mart ayında Suriyanın müxtəlif bölgələrindən təqribən 350 türkmən təmsilçi, dönəmin Türkiyə Baş Naziri, Xarici İşlər Naziri və müxtəlif partiyalardan millət vəkillərinin iştirakı ilə Ankarada keçirilən böyük iclasda “Suriya Türkmən Məclisi”-nin təsisi elan edildi.

Məclisin fəaliyyətləri, meydanda cərəyan edən qarşıdurmalarda oynadığı rol və izlədiyi siyasəti şərh edən Məclis başqanı cənab Mustafa müharibə meydanında hazırkı durumla bağlı Amerikanın Səsinin suallarını da cavablandırıb.

Əbdürrəhman Mustafanın söylədiklərinə görə, Suriyadakı türkmən toplumu 1918-ci ildən günümüzə qədər mütəmadi olaraq zülm və basqılarla üzləşərək qətliamlara məruz qalmışdır:

“Suriyada türkmən varlığı 1918 ilində Osmanlı İmperiyasının çəkildiyindən sonra öz qədərinə tərk edilmişdir. Fransa mandatından sonra isə türkmənlər suriyalı müsəlman vətəndaş qəbul edilmiş, yəni hər hansı bir etnik, ya əsli ünsür olaraq sayılmamış və basqılara məruz qalmışdır. Çünki onlar hər zaman türk olmağın bədəlini ödəmişdir. Gələn hakimiyyətlər türkmənlərə həp basqı siyasəti tətbiq etmişlər. Bu basqı Ərəb Sosializmi ilə birlikdə Əbdülnasir dönəmində artaraq davam etmişdir. Baba Əsəd və oğul Əsəd dönəmlərində isə qətliam dərəcəsinə qədər varmışdır.”

Türkmən Heyətinin Cenevrədə BMT nümanyəndələri ilə görüşmələri (qaynaq: AA)
Türkmən Heyətinin Cenevrədə BMT nümanyəndələri ilə görüşmələri (qaynaq: AA)

Türkmən lider milyonlarla əhaliyə sahib olan toplumun bütün Suriya coğrafiyasına yayıldığını bildirir.

Onun dediklərinə əsasən, “Suriyadakı türkmən nüfusu Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) verdiyi rəqəmlərə görə 3.5 milyondur. Bunun 1.5 milyonu türkcə danışa bilir, ürf, adət və gələnəklərini eynən davam etdirmişdir. İki milyon da nə yazıq ki, tətbiq edilən politikalardan dolayı basqı və assimilyasiyaya uğramış, ancaq özlərini türkmən olaraq bilirlər. Türkmənlər Suriya coğrafiyasının tamamına yayılmışdır; Latakiyada Bayır-bucaq türkmənləri, Hələb türkmənləri, Rəqqə vilayətində Təl-Abyad və Həmmam qəsəbəsinin türkmənləri, Humus və Şam türkmənləri.”

Türkmənlərin coğrafiya olaraq çox strateji bölgələrdə yaşadığını qeyd edən başqan Mustafa fərqli vilayətlərdə yaşayan türkmənlərin fərqli qrupların basqısına məruz qaldığını önə çəkərək ətraflı şəkildə izah edir:

Suriya Türkmən Məclisi davamlı olaraq bu politikanı izləmişdir ki, etnik demoqrafiyanın dəyişdirilməməsi üçün hər şərtə rəğmən insanlarımızı orada tutmağa çalışıb və mücadiləni davam etdirək. İnsanlarımızdan öz köylərində qalıb tutunmalarını istəyirik, çünki bilirik orada bizim torpaqlarımızda gözü olan çox qrup və terror örgütü vardır.
Əbdürrəhman Mustafa

“5 il öncə 2011 ilində Suriyada haqlı olaraq xalq ayaqlanması başlayanda, zülmə və diktatorluğa qarşı özgürlük özləmi olan Suriya xalqı ilə birlikdə türkmənlər də ön səfdə yer aldılar. Yəni ərəbi ilə, kürdü ilə, türkməni ilə hərkəs bu zülmə qarşı mücadilə verdi və türkmənlər də ön səfdə oldu. Nə yazıq ki, bunun bədəlini də ən ağır ödəyənlər türkmənlər oldu. Ancaq bu, mediada çox yer almadı. Bu gün Humus bölgəsində, yəni Hələbdən sonra ən çox türkmənin olduğu bölgədə rejim gücləri tamamən bir etnik təmizləmə politikası uyğuladı. Orada insanlarımızın kəndləri yerlə bir edildi, oraya dönmə şansları qalmadı. Bu gün Şamdakı türkmənlər eyni şəkildə bir tərəfdən İŞİD, bir tərəfdən rejimlə mücadilələrinə davam edirlər. Nə yazıq ki onların da durumu vəhimdir. Bayır-bucaqda rejim tərəfindən günlük bombalar atılır. Hələb türkmənləri indi 1.5 ildir 500 minə yaxın türkmən İŞİD kontrolunda, İŞİD işğalındadır. Rəqqədə türkmənlər PYD-nin uyğuladığı nüfus yapısının dəyişdirməsi yönündə fiziki və psixoloji basqılarla kəndlərindən atılırlar.”

Əbdürrəhman Mustafa Suriya türkmənlərinin coğrafi olaraq çox strateji bölgələrdə yerləşdiyini, bu üzdən də bütün qarşıdurmaların onların torpaqlarında cərəyan etdiyini söyləyir. “Türkmənlərin birdən artıq düşmanı var, buna görə də Suriya türkmənləri iç savaşın ən böyük mağdurlarıdırlar,” deyə o vurğulayır.

Suriya Türkmən Məclisinin quruluş iclası
Suriya Türkmən Məclisinin quruluş iclası

“Biz indilik itginlər və şəhid olanların hamısını şəhid sayırıq. Çünki tutuqlu olanlar, ya itkin düşənlərin də sağ olduqlarına dair bir bilgi yoxdur. 30 min civarında türkmən şəhidimiz vardır. Bir milyon türkmənin Suriya içərisində yeri dəyişdirilmişdir. Onlar daha güvənli bölgəyə getməyə çalışmışlar. 260 minə qədər Türkiyəyə köç etmiş, bir hissəsi İordaniyada, başqa bir hissəsi isə Livandadır. Ancaq Suriya Türkmən Məclisi davamlı olaraq bu politikanı izləmişdir ki, etnik demoqrafiyanın dəyişdirilməməsi üçün hər şərtə rəğmən insanlarımızı orada tutmağa çalışıb və mücadiləni davam etdirək. İnsanlarımızdan öz köylərində qalıb tutunmalarını istəyirik, çünki bilirik orada bizim torpaqlarımızda gözü olan çox qrup və terror örgütü vardır,” deyə cənab Mustafa qeyd edir.

Suriya Türkmən Məclisinin “Suriya türkmənlərinin tək məşru təmsilçisi” və “türkmənlərin bütün siyasi partiyaları və STK-larını (QHT) barındıran bir çatı/çətir örgütü” olduğunu söyləyən Əbdürrəhman Mustafa başqanı olduğu məclisin media eləcə də, siyasət və müharibə meydanlarında türkmənləri təmsil etməyə çalışdığını ifadə edir.

“Doğu Türküstanda yaşayan uyğur türkləri, İraq türkmənləri və İrandakı türk toplumu” daxil olmaqla Türkiyə xaricində yaşayan bəzi türk toplumlarının zülm və basqıya məruz qaldığını qeyd edən suriyalı lider bu toplumların səsinin beynəlxalq ictimaiyyətə çatmadığına diqqət çəkir.

Biz indilik itginlər və şəhid olanların hamısını şəhid sayırıq. Çünki, tutuqlu olanlar ya itgin düşənlərin də sağ olduqlarına dair bir bilgi yoxdur. 30 min civarında türkmən şəhidimiz vardır. Bir milyon türkmənin Suriya içərisində yeri dəyişdirilmişdir. Onlar daha güvənli bölgəyə getməyə çalışmışlar. 260 minə qədər Türkiyəyə köç etmiş, bir hissəsi İordaniyada, başqa bir hissəsi isə Livandadır.
Əbdürrəhman Mustafa

“İnşallah mücadiləmizi davam edib səsimizi daha çox duyuracayıq. Amma meydanda da mücadilə gərəkir, çünki türklərin bir deyil, birdən çox düşməni vardır,” deyə Əbdürrəhman Mustafa Suriyada türkmənlərin özlərini eyni zamanda həm İŞİD, PYD və PKK kimi qruplar, həm də Əsəd rejiminə qarşı müdafiə etmək məcburiyyətində olduğunu söyləyir.

“İraqdakı türkmən qardaşlarımız da eyni iztirabı, eyni qədəri paylaşırlar. Coğrafiya olaraq ayrı olsaq da eyni qədəri paylaşırıq. İrandakı qardaşlarımız da səsini duyura bilmir,” deyə türkmən lider əlavə edir.

Bütün bu çətinliklərə baxmayaraq Suriya Türkmən Məclisi Başqanı türkmənlərin apardığı mübarizənin nəticə verəcəyinə ümid edir:

Müxtəlif tərəflərin vuruşduqları Suriya müharibəsində bir çox türkmənlər müdafiəsiz qalıb.
Müxtəlif tərəflərin vuruşduqları Suriya müharibəsində bir çox türkmənlər müdafiəsiz qalıb.

“Suriya türkmənləri bu qədər mücadilə verdi, fədakarlıq etdi, 30 minə yaxın şəhid verdi. Bunlara baxmayaraq 5 ildir ayaqdayıq, yenə də mücadiləmizi davam etdiririk, inşallah sonuclanacaqdır, daha çox terror örgütləri ilə savaşırıq. İŞİD olsun, ya digər terror örgütləri.”

Cənab Mustafa həmçinin son vaxtlarda Ən-Nüsrə Cəbhəsinin hücumuna məruz qalan Yeni Suriya Gücləri ya 30-cu Bölük adı ilə tanınan qüvvələrlə bağlı Amerikanın Səsinin sualını cavablandırır. Onun bildirdiyinə görə, həmin qüvvələrin başında bir türkmən komandir olsa da bölüyün daxilində bir çox mötədil qrupların əsgərləri mövcuddur. O, bu qüvvələrin əslində Suriya Azad Ordusunun bir hissəsi olduğunu qeyd edir.

Türkmənlərin digər türk toplumlarının yardımına ehtiyacları olduğunu vurğulayan Mustafa digər birliklər, o cümlədən terror qruplarının birdən çox dövlətdən dəstək aldıqlarını, ancaq türkmənlərə dəstək verən tək dövlətin Türkiyə Cumhuriyyəti olduğunu önə çəkir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG