Accessibility links

Türkiyədə tanınmış kürd vəkilin qətli etirazlarla qarşılanıb


Diyarbakir Hüquqşünaslar Assosiasiyasının prezidenti Tahir Elçi
Diyarbakir Hüquqşünaslar Assosiasiyasının prezidenti Tahir Elçi

Türkiyə polisi Diyarbakirdə tanınmış kürd hüquqşünasın naməlum şəxslər tərəfindən güllə ilə vurulub öldürülməsindən sonra şənbə günü İstanbulda etiraz mindən çox nümayişçinin keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

Şahidlər silahlı şəxslərin Tahir Elçi və başqa fəalların mətbuat üçün açıqlamalar verdiyi zaman onlara atəş açdığını deyib.

Atışma kürd üsyançıları və Türkiyə təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub.

Həkimlər Tahir Elçinin başından güllə yarası aldığını bildiriblər.

Hələlik hücumun hədəfinin Tahir Elçi, yoxsa polis qüvvələrinin olduğu aydın deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tahir Elçinin öldüyünü təsdiq edərək, bir polis zabitinin də həlak olduğunu bildirib.

Tahir Elçi Diyarbakir Hüquqşünaslar Assosiasiyasının prezidenti idi.

Türkiyə rəsmiləri Tahir Elçini keçən il Kürdüstan Fəhlə Partiyası PKK-nın terror təşkilatı olmadığını dediyinə görə həbs etmişdi. O, azadlığa buraxıllb məhkəmə prosesini gözləyirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG