Accessibility links

Hüquq müdafiəçisi cərimə kamerasına salınıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

17 saylı koloniyada cəza çəkən hüquq müdafiəçisi Taleh Xasməmmədov 15 sutkalığa cərimə kamerasına (karser) salınıb. Bu, onun həyat yoldaşı Fəxriyyə Xasməmmədovanın fevralın 11-də KİV-ə müraciət yayaraq həyat yoldaşının səhhətinin pisləşdiyini, ona təcili tibbi yardımın göstərilməsinin vacibliyini bildirməsindən sonra baş verib.

Hüquq müdafiəçisinin anası Amerikanın Səsinə bildirib ki, bu müraciət KİV-də yayıldıqdan sonra Taleh Xasməmmədov “kamera yoldaşı ilə dalaşmaq” bəhanəsilə 15 sutkalığa karserə salınıb.

“Bu, doğru deyil. Taleh xaraktercə sakit adamdır. Digər tərəfdən, o çox xəstədir və bir kimsə ilə dalaşmaq iqtidarında deyil. Xəstə adamı karserə salmaq olar? Onun həbsini kim sifariş edibsə o da həbsdə qalması üçün hər şeyi edir. Bir həftə öncə Taleh mənimlə telefon söhbətində bildirdi ki, koloniyada ona təzyiq göstərilir”,ana qeyd edib.

O, oğlunun həyatı üçün narahat olduğunu bildirib.

Penitensiar Xidmətin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, Taleh Xasməmmədov Göyçay-Ucar regionu icra hakimiyyəti tərəfindən yol verilən hüquq pozuntuları və korrupsiya hallarını ifşa etməsi ilə tanınır. Bir neçə dəfə onu hədə-qorxu gələrək öz yazılarının dərcinə son qoymasını tələb ediblər. 2015-ci ildə o, xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG