Accessibility links

Terrorla mübarizədə qlobal əməkdaşlıq [Video]


Terrorla mübarizədə qlobal əməkdaşlıq
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Avropa İttifaqının liderləri ərəb ölkələrini terrorizmlə mübarizə səylərini gücləndirməyə çağırıb. Ərəb Liqası üzvlərinin də iştirak etdiyi Brüssel toplantısı zamanı qurumun xarici işlər nazirləri tərəfindən terror qruplarının fəaliyyəti müzakirə edilib.

Müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin karikaturalarına qarşı etiraz aksiyaları davam edir Rusiyanın cənub Çeçenistan respublikasında minlərlə insan üzvlərinin öldürüldüyü Charlei Hebdu satirik jurnalına etirazlarını bildirib.

Qroznı küçələrinə çıxan nümayişçilər karikaturçuları pisləyib. Moskva tərəfdarı prezident Ramzan Kadırov müsəlmanları təhrikçiliyə müqavimət göstərməyə çağırıb."Biz dünyaya bildiririk ki, müsəlmanlar ölkəmizdə qeyri-sabitliyə yol verməyəcək. Biz həmişə Rusiyanın etibarlı müdafiəçisi olmuşuq. Bu gün də ölkəmizin düşmənləri əleyhinə çıxırıq."

17 adamın ölümü ilə nəticələnən Paris hücumlarından sonra Avropa ölkələrində təhlükəsizlik tədbirləri, xarici terror təşkilatları ilə əlaqəsi olanlara qarşı əməliyyatlar gücləndirilib. Fransa polisinin rəsmisi terrorçuluqla mübarizə üçün texnologiyanın inkişaf etdirilməsinin vacibiliyini önə çəkir.

Filipp Kapon:"Fransanın cinayətkarlıqla bağlı məlumat bazası geriləyib. Niyə? Çünki polis idarələrinin interaktiv fəaliyyəti üçün yararlı baza yoxdur. Məlumatlar yenilənmir. Burada lazımsız məlumatlar çox, lazımlılar isə yetərli deyil."

Terror aksiyaları nəticəsində müsəlman ölkələrində Avropa ilə müqayisədə daha artıq insan həlak olur. Avropa İttifaqı ərəb ölkələrini terrorizmlə mübarizə səylərinə qoşulmağa çağırır.

Federika Moqerini:"Bizim Parisdə üzləşdiyimiz terror təhlükəsi müsəlman ölkələri başda olmaqla dünyanın digər bölgələrinə də yayılıb. Buna görə əməkdaşlığımızı genişləndirməliyik."

Ərəb Liqasının baş katibi qurumunun radikal ideologiyaya qarşı mübarəzəyə yardım göstərəcəyinə vəd verib. Lakin o, hərbi əməliyyatlara müdaxilə edilməyəcəyini bildirib.

Nabil Ələrəbi:"Ərəb Liqası müttəfiqlərə qoşulmayacaq. Qurum silaha əl atmaq niyyətində deyil. Biz fəlsəfi, iqtisadi, dini və media yolu ilə buna müqavimət göstərəcəyik. "

Beynəlxalq İqtisadi Forumda da terror riski məsələsi gündəmə gətirilib.

Klaus Şvab: "Terorola mübarizə ölkələr çərçivəsində deyil, beynəlxalq əməkdaşlıq yolu ilə aparılmalıdır."

Forumun təşkilatçısı Klaus Şvab liderlərin daha yaxından əməkdalşıq edəcəyini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG