Accessibility links

TechCrunch - Texnologiya sərgisi [Video]


TechCrunch - Texnologiya sərgisi
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Bu ilki sərgidə nümayiş etdirilən ixtiraların çoxu günlük işlərimizi idarə etməyə kömək edir.

Melon şirkəti tərəfindən nümayiş etdirilən başa bağlanan bu cihaz beynin fəaliyyətini qeyd edir və qrafiklərlə bizə göstərir. Bu istifadəçiyə konsentrasiya bacarığını təkmilləşdirməyə kömək edir.

Ari Barnehama Melon şirkətinin təsisçidir.

Ari Barnehama: “Biz həmçinin mobil applikasiyamızı nümayiş etdiririk. Beynin təliminə yönəlmiş oyunlar diqqətini yaxşılaşdırmağa və gündəlik həyatımızda fikirlərinizi daha yaxşı cəmləşdirməyə kömək edir.”

Digər startup şirkəti SmartPen investorların diqqətini hazırladıqları cihazlara çəkmək istəyir. Cihaz kağız üzərində yazdığınız və ya çəkdiyiniz hər şeyi kompyuter və ya tabletə göndərir.

Marketinq üzrə direktor Katrin Hant deyir ki, cihazı kağızın üzərinə qoymaq kifayətdir.

Katrin Hant: “Siz qələmi kənara qoyan kimi, cihaz ultrasəs və infraqırmızı dalğaları qəbulediciyə göndərir, beləliklə o məsafəni və istiqaməti hesablayır. Bu yolla cihaz sənin harada olduğunu müəyyən edir.”

Sadə vebkamera sən evdə olmadığın vaxt ev heyvanlarına nəzarət etmək üçün kifayətdir. PetCube adlanan cihaz isə sizə pişik və ya itinizlə əlaqə saxlamağa imkan verir.

PetCube şirkətinin icraçı direktoru Yaroslav Ajunuk.

Yaroslav Ajunuk: “Kamera ilə yanaşı onun içində lazer göstəriçisi var. Bu da telefondan lazer vasitəsi ilə heyvanlarla oynamağa imkan verir. Bu olduqca maraqlı bir şeydir. Cihazın həmçinin mikrofon və səs gücləndiricisi var. Beləliklə, heyvanla iki yolla ünsiyyət saxlaya bilirsiniz.”

MovPack şirkətinin təsisçisi İvo Machado deyir ki, tələbələr şəxsi nəqliyyat vasitələrini belindəki çantada gəzdirsələr yəqin ki əla görsənər.

İvo Machado: “Bu dünyanın ilk elektrikli araba və bel çantasıdır. Siz bunu belinizdə daşıya və sürə bilərsiz. Bir hərəkətlə yola hazırsız. Saatda 15 mil, orta hesabla 9 mil getmək olur. Bu, sərnişinlər və tələbələr üçün çox əlverilşlidir.”

TechCrunch interner səhifəsində yüksək texnologiya sahəsində xəbərlər yerləşdirilib. Sayrın redaktoru Con Biqs bildirir ki, onların hər il keçirdiyi sərgi nəinki ixtiraçıları, həm də müştərilər cəlb edir.

Con Biqs: “Bura San Fransiskodur. Hami yeniliklərlə maraqlanır. Bu həmin adamlar üçün böyük elm yarmarkasıdır.”

Biqs deyir ki, güclü rəqabətə baxmayaraq, sərgidə olan cihazların 90 faizi bazara çıxmağa yol tapacaq.

XS
SM
MD
LG