Accessibility links

Tural Mustafayev: Xədicə İsmayılova haqqında şikayəti təzyiq altında vermişəm - müsahibə [Video & Audio]


Tural Mustafayev
Tural Mustafayev

O şikayətindən imtina etdiyini bildirib. Mustafayev yenidən prokurorluğa çağırılıb

Jurnalist Xədicə İsmayılovanın həbsinə bais olan Tural Mustafayev etiraf edib ki, o, Xədicə haqqında şikayətini hüquq-mühafizə orqanlarının təzyiqi altında verib. O, özünün video-müraciətini Youtube şəbəkəsində yayımlayıb.

T.Mustafayev bildirib ki, 2014-cü il oktyabrın 20-də həqiqətən intihar etmək üçün zəhər içib. Bu hadisə Bakı prokurorluğunda araşdırılan zaman prokurorluq rəhbərinin birinci müavini Azər Əsgərov və müstəntiq Vaqif Süleymanov T.Mustafayevi məcbur ediblər ki, onu intihar cəhdinə X.İsmayılovanın vadar etməsi barədə ərizə yazsın.

T.Mustafayevi onun kirayədə qaldığı evdə MTN tərəfindən aparılan gizli videoçəkiliş ilə şantaj ediblər.

“Mənə dedilər ki, əgər ərizə yazmağa razılaşmasam video yayımlanacaq. Həmin videoda bir çox adamlar var ki, onların adlarını açıqlamaq istəmirəm”, - T.Mustafayev bildirib, lakin videoda nə olduğunu dəqiqləşdirməyib.

Tural Mustafayev Youtube şəbəkəsində yerləşdirilmiş videonun ona məxsus olduğunu Amerikanın Səsinə müsahibəsində təsdiq edib. O müsahibədə həmçinin təzyiq və işgəncələrə məruz qoyulduğunu, psixotrop maddələr qəbul etməyə məcbur edildiyini bildirib.

please wait

No media source currently available

0:00 0:03:06 0:00

Mustafayev 2014-cü il dekabrın 27-də X.İsmayılovaya qarşı iddialarından imtina etdiyini də Amerikanın Səsinə də təsdiq edib. O ölkədən çıxışına prokurorluq tərəfindən qadağa qoyulduğunu və dekabrda Göyçay polisi tərəfindən saxlanıldığını deyib.

Oradan polis və MTN əməkdaşları onu Bakıya gətirib və kirayədə qaldığı evdə həbs şəraitində saxlayıb. Fevralın 14-dək döyüblər, tələb ediblər ki, X.İsmayılovaya qarşı iddiasından imtina etməsin.

Eyni zamanda, xüsusi xidmət orqanları onun Facebook-dakı profilini və e-mail ünvanının şifrəsini sındırıblar.

Fevralın 14-də onu 1 saylı ruhi xəstəxanaya apararaq psixotrop maddələr qəbul etməyə məcbur ediblər. Bu fevralın 28-dək davam edib, sonra Göyçaya valideynlərinin evinə göndəriblər.

Aprelin 8-də T.Mustafayev baş prokuror Zakir Qaralovun adına ərizə yazaraq X.İsmayılovaya qarşı şikayətindən imtina etdiyini bildirib, ölkədən çıxışına qoyulan qadağanın ləğvini xahiş edib.

Sonra T.Mustafayev qeyd edib ki, MTN-nin Antiterror Mərkəzinin rəhbəri İlqar Əliyev, əməkdaş Azər Məcidov və digər şəxslər onu hədələyiblər ki, əgər X.İsmayılovaya qarşı ərizəsini geri götürərsə onu böyük problemlər gözləyə bilər.

Bununla belə, T.Mustafayev X.İsmaylovaya qarşı şikayətindən imtina edir.

T.Mustafayev bildirib ki, mayın 5-də saat 10:00-da Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

T.Mustafayev onunla dindirməyə getmək üçün vəkil axtarır.

XS
SM
MD
LG