Accessibility links

Türklərin etimad etdikləri yeganə ölkə Azərbaycandır


Yeni rəy sorğusu habelə türklərin artan sayda Qərbə üz tutduqlarını göstərir

Noyabrda Türkiyədə seçkilər keçiriləcək. Rəy sorğuları ölkə əhalisinin özünü təcrid olunmuş hiss etdiyini, iqtisadiyyatın isə tənəzzülə doğru getdiyini düşündüklərini göstərir.

Nəzərə alsaq ki, AKP keçmiş naliyyətlərini iqitsadiyyatın durumuna görə əldə edib, hazırda iqtisadiyyatın bu halda olması insanların narazılığına səbəb olur
Cengiz Aktar

Sorğu nəticələrinə əsasən iştirakçıların əksəriyyətinin Azərbaycandan başqa digər heç bir ölkəyə güclü inamı yoxdur.

ABŞ-ın Almaniya Marşal Fondu tərəfindən aparılan sorğu göstərir ki, Türkiyə əhalisinin 91 faizi İslam Dövləti qrupu yaraqlılarını terror təşkilatı kimi qəbul etsə də, 82 faizi qrupu təhlükə olaraq görür.

Respondentlərin əksəriyyəti Suriya qiyamçılarına dəstək olaraq həmin ölkəyə hərbi müdaxilənin əleyhinədir.

Rəy sorğusu layihəsinin başçısı Özgür Ünlühisarcıklı deyir ki, nəticələr bir çox ölkəyə qarşı olan inamsızlığı vurğulasa da, yeni bir trend də üzə çıxarır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

“Son üç ildə biz əhalinin Qərbə doğru üz tutduğunu müşahidə edirik. Mənsə düşünürəm ki, bu, Türkiyə sərhədlərində sabitliyin pozulmasının nəticədir. Türkiyə özünü daha az təhlükəsiz hiss edir. Demokratik cəhətdən isə biz bir zamanlar demokratikləşmək üçün Türkiyənin Avropa Birliyinə daxil olmağa ehtiyacının olmadığını düşünürdük. Ancaq son zamanlar Türkiyənin demokratiya baxımından geriyə doğru addımladığını nəzərə alaraq, artıq belə bir düşüncə yaranıb ki, Avropa Birliyi hələ də Türkiyə üçün demokratik lövbərdir,” deyə o bildirib.

Sorğuya əsasən, Avropa İnsan Haqları Məhkəməsi türklərin ən çox etibar etdikləri beynəlxalq təşkilatdır və sorğu iştirakçılarının 44 faizi Türkiyənin Avropa Birliyinə namizədliyini dəstəkləyir. Türkiyədə həmçinin prezident Rəcəb Tayyib Ərdoğan və hakim AKP Partiyasının avtoritar duruşu ilə bağlı da narahatlıqlar artır.

Son zamanlar Türkiyənin demokratiya baxımından geriyə doğru addımladığını nəzərə alaraq, artıq belə bir düşüncə yaranıb ki, Avropa Birliyi hələ də Türkiyə üçün demokratik lövbərdir

Bundan əlavə isə sorğu nəticələrinə əsasən iştirakçıların 51 faizi Türkiyənin üzləşdiyi ən böyük problem olaraq iqtisadiyyat və işsizliyi qeyd ediblər ki, onların əksəriyyəti də vəziyyətin daha da pisləşəcəyini düşündüyünü bildirib.

İstanbulda yerləşən Süleyman Şah Universitetindən politoloqu Cengiz Aktar deyir ki, bu AKP üçün problem yarada bilər.

“Bu hesabat iqtisadiyyatın bərbad durumunun daha bir təsdiqidir. Nəzərə alsaq ki, AKP keçmiş naliyyətlərini iqitsadiyyatın durumuna görə əldə edib, hazırda iqtisadiyyatın bu halda olması insanların narazılığına səbəb olur. Bu isə, firkimcə, AKP üçün çox narahatedicidir,” deyə o bildirib.

Noyabrın 1-də Türkiyədə ümumi seçkilər baş tutacaq və AKP parlamentdəki çoxluğunu yenidən bərpa etməyə çalışır. Lakin son sorğunun nəticələri göstərir ki, AKP-ni qarşıda çətin bir mübarizə gözləyir.

XS
SM
MD
LG