Accessibility links

Türkmən Gəmiçi: Ana dili bizim üçün insan haqları məsələsidir


Türkmən Gəmiçi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:02 0:00

Fevralın 21-i YUNESKO tərəfindən 1999-cu ildə elan edilmiş Beynəlxalq Ana Dili Günü dünya ölkələrində yaşayan güneyli fəllar İranda Azərbaycan dilində təhsil hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif aksiyalar keçirir. Kampaniyanın əsas məqsədi İran azərbaycanlılarının ana dilində təhsil almasına nail olmaqdır. İranda azərbaycanlı fəallara dəstək aksiyalarından birinin təşəbbüskarı Miçiqan ştatında yaşayan qadın hüquqları fəalı Türkmən Gəmiçidir. Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype müsahibəsi zamanı Türkmən Gəmiçi Beynəlxalq Ana Diil Günü münasibətilə keçirdiyi kampaniya, İran Azərbaycanında fəalların aksiyaları və bu günün azərbaycanlılar üçün mənası və əhəmiyyətindən danışıb.

Türkmən Gəmiçi deyib ki, keçən il Təbriz də daxil olmaqla, İran Azərbaycanının bir sıra şəhərlərində Ana Dili Günü münasibətilə keçirilən tədbir və aksiyalarda fəalların həbsindən sonra bu il tədbilərə daha ciddi hazırlıq görülüb.

"Bu, yalnız türk dilini qorumaq məsələsi deyil, bu, insan haqlarını qorumaq, kimliyimizi qorumaq deməkdir”-Türkmən Gəmiçi

Türkmən Gəmiçi bildirib ki, Ana dili və Azərbaycan dilində təhsil İran azərbaycanlıları üçün sadəcə dil məsələsi deyil, bu, onlar üçün daha geniş mənada insan hüquqları məsələsidir. “Bu, yalnız türk dilini qorumaq məsələsi deyil, bu, insan haqlarını qorumaq, kimliyimizi qorumaq deməkdir”-deyə o bildirib. Türkmən Gəmiçi deyib ki, güney azərbaycanlılar öz fikirləri və hisslərini ana dilində izah edə bilməməklə özlərini savadsız və imkanlardan məhrum olmuş kimi hiss edir. “Bu gün bir bəhanədir ki, güney azərbaycanlılar bu məsələni gündəmə gətirsinlər və bunun nə qədər əhəmiyyət daşıdığını cəmiyyətə, fars dilində danışan topluma da çatdırsınlar”-deyə o bildirib.

Türkmən Gəmiçinin sözlərinə görə, keçən il Ana Dili Günü münasibətilə keçirilən tədbirlər zamanı həbs edilən fəallar arasında indiyə kimi həbsdə olanı yoxdur. Lakin o, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda mübarizə aparan fəalların bir neçəsinin hələ də həbsdə olduğunu deyib.

"Ünsiyyət vasitəsi olan dil insanların əlindən alınır və bir uşaq keçmişdəki mədəniyyəti, ata-babasının mədəniyyəti ilə əlaqəni itirir"-Türkmən Gəmiçi

Güneyli fəal bildirib ki, İran azərbaycanlıların əsas məqsədi bu aksiyalar vasitəsilə ana dilində təhsil hüququnun təmin olunmasına nail olmaqdır. Onun bildirdiyinə görə, güneyli fəallar İran konstitusiyası ilə nəzərdə tutulmuş hüququn təmin olunması üçün dövlət strukturları və hakimiyyətlə dialoq yolu ilə iş aparmalıdır. “Ana Dili Gününü qeyd etməklə bu məsələni gündəmə gətirib, təkrarlamaqla məsullar və hakimiyyətə çatdırmaq istəyirik ki, bu, qanuni haqqdır və bunun siyasi təmayüllərlə əlaqəsi yoxdur, bu, sadəcə insan haqları məsələsidir və İran konstitusiyası ilə nəzərdə tutulub”-deyə o bildirib.

Türkmən Gəmiçi ana dilinin hər bir insan üçün daşıdığı əhəmiyyəti xüsusi vurğulayıb:”Bir uşaq anası ilə, keçmişi ilə əlaqəni itirir. Ünsiyyət vasitəsi olan dil insanların əlindən alınır və bir uşaq keçmişdəki mədəniyyəti, ata-babasının mədəniyyəti ilə əlaqəni itirir, sanki onun keçmişi yoxdur.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG