Accessibility links

Ukrayna XİN rəhbəri: "Çox məsələlər barədə konsensus əldə olunmayıb"


Ukraynaya dair Cenevrə sazişi birmənalı qarşılanmır

Ukraynın şərqində yaşanan qarşıdurmalarla bağlı gərginliyin qarşısının alınması məqsədi daşıyan 4 günlük Cenevrə danışıqlarından sonra keçmiş Sovet respublikalarının liderləri hələ də Rusiyanın məramı barədə fikir bildirməkdən çəkinirlər.

Ukraynanın xarici işlər naziri Andrii Deşçıtsiya da ABŞ prezident Barak Obamanın səsləndirdiyi narahatlığını bölüşdüyünü bildirib. Cənab Obama Rusiyanın şərqi Ukraynada rusiyapərəst separatçılarla Kiyev hökuməti arasındakı gərginliyi azaltmağa kömək vədinə dair narahatlığını ifadə etmişdi. “Rusiyanın, prezident Putinin ağlında Ukraynanın şərqi ilə bağlı hansı fikirlərinin olduğunu bilmirəm. Yenə də inanırıq ki, vəziyyətin diplomatik həlli üçün yollar var” - dey' Andree Deşçıtsiya bildirib.

Xarici işlər naziri Cenevrədə ABŞ, Rusiya, Avropa Birliyinin yüksək ranklı diplomatları ilə Ukraynanın şərqində siyasi qiyam və zorakılıqları səngitmək üçün ardıcıl addımların atılmasına dair razılığa əldə edib.

Ukrayna rəsmiləri deyir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın iğtişaşları qızışdırmasını və separatçılara təlim keçmək üçün regiona kəşfiyyatçıları göndərməsini rədd etməsi Cenevrədə bir gün davam edən danışıqları daha da çətinləşdirib.

Deşçıtsia rusiyalı həmkarı haqqında deyir: “O, eyni zamada həm əməkdaşlığa meylli, həm də aqressiv idi”

Cenevrədə əldə edilən razılığa görə, Ukraynının şərqində hökumət binalarını ələ keçirən separatçı nümayişçilər binaları tərk edəndən sonra həbs edilməyəcək. Yalnız ağır cinayətlər törətmiş etirazçılara əfv edilməyəcək.

Bütün qeyri-qanuni qruplaşmaların da tərksilahı tələb edilir. Kiyev hökuməti isə regional idarəçiliyə daha çox səlahiyyət verməlidir.

Ancaq artıq ilk qığıncım görünüb. Rusiyapərəst silahlılar deyir ki, Ukrayna müvəqqəti hökuməti istefa verməyənədək və təhlükəsizlik qüvvələri geri cəkilməyənədək onlar zəbt etdikləri hökumət binaları tərk etməyəcəklər.

Kremlin böhranın qarşısını alacağına dair vədinə şübhə edən yalnız Ukrayna xarici işlər naziri deyil. Ölkənin iqtisadiyyat naziri Pavlo Şeremeta da Cenevrə sazişinə şübhə ilə yanaşır: “Fikrimcə biz də president Obamanın narahatlığını bölüşürük. Bilmirik bu saziş Rusiya üçün nə deməkdir. Gözləyib görəcəyik. Saziş barədə o qədər də nikbin deyilik. Bu günlər bəzi sənədlərlə başımızı aldatmaq asan deyil”.
Ancaq o əlavə edir: “Hətta söz müharibəsi də, silahlı müharibədən qat-qat yaxşıdı”.

Hətta sazişə əməl olunsa və separatçılar binaları boşaltsa da, qarşıda regionu çox çətinliklər gözləyir. Ukrayna xarici işlər naziri deyir ki, Cenevrə sizişində o qədər də çox məsələlər barədə razılığa gəlinməyib. “Biz həmçinin federallaşdırma adlandırdığımız Ukraynanın konstitusiyası məsələsini müzakirə etdik. Rus dili məsələsi müzakirə mövzusu oldu. Rusiyanın Ukraynanın şərqində fəaliyyətləri məsələ də gündəmdə idi. Bu məsələlər barədə konsensus əldə olunmayıb” - deyə Andrii Deşçıtsiya bildirib.

Prezident Obama bildirib ki, Kreml Cenevrə öhdəliklərinə əməl etməsə ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırdır.
XS
SM
MD
LG