Accessibility links

Urmiyə məhkəməsi terrora qarşı aksiya keçirənlərin ittihamını açıqlayıb


Mehdi Mücərrəbniya və Ata Kərimi
Mehdi Mücərrəbniya və Ata Kərimi

Mehdi Mücərrəbniya və Ata Kərimi qanunsuz aksiyalara qatılmaqda günahlandılıblar

Azərbaycan veb səhifələrinə istinadən, bölgədə fəaliyyət göstərən terrorçu qruplara qarşı oktyabrın 16-da Urmiyədə keçirilən aksiyalarda nəzarət altına alınmış güneyli fəallar qanunsuz aksiyalara qatılmaqda ittiham edilib.

Oyan News veb səhifəsi tutulanlardan Ata Kərimi və Mehdi Mücərrəbniyaya qarşı irəli sürülən ittihamların hakim Xudayari tərəfindən açıqlandığını bildirir.

Yayılan məlumata görə, iki fəal müvəqqəti sərbəst buraxılmaları üçün istənilən zəmanətin məbləği açıqlandıqdan sonra Urmiyə zindanına göndəriblər.

Günaz TV veb səhifəsi isə 16 yaşlı gənc Mehdi Mücərrəbniyanın 10 milyon tümən zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxıldığını qeyd edib.

Oyan News son vaxtlarda Urmiyə şəhərində terrora qarşı bir neçə aksiyanın keçirildiyini bildirir. Aksiyalara qatılanlar Kərkük, Təlafər, Əmirli və Eynəl-Ərəb (Kobani) bölgələrində terrora qurbanı olmuş türkmən, kürd və ərəb əhaliyə dəstək verərək, İŞİD, PKK və PJAK qruplarının həyata keçirdiyi terror fəaliyyətlərini məhkum ediblər.

XS
SM
MD
LG