Accessibility links

Əlirza Abdullahi: Urmiyədə türkcə lövhələrin yerləşdirilməsi milli fəaliyyətlərin nəticəsidir [Audio]


Əlirza Abdullahi
Əlirza Abdullahi

"İllərdir urmiyəli siyasi fəallar seçkilər zamanı təşkilatlanaraq öz istəklərinə ortaya qoyurlar və sonunda onların tələblərindən biri olan Urmiyə məhəllərinin orijinal türkcə adlarının qaytarılmasının başlanması bu fəaliyyətlərin müsbət nəticəsi olub," deyə güneyli fəal və Urmiyə şura seçkilərinin sabiq namizədi Əlirza Abdullahi Amerikanın Səsi ilə müsahibədə bildirib.

Əlirza Abdullahi Urmiyədə türk adlarının qaytarılmasından danışır
please wait

No media source currently available

0:00 0:16:14 0:00
Direct link

Urmiyə şəhər şurasının daha öncə adları farscaya çevrilmiş məhəllələr və bölgələrin yenidən orijinal türkcə adlarının qaytarılmasına dair verdiyi sözlərə əməl edib və bələdiyyənin şəhərin bir çox bölgəsində türkcə lövhələr yerləşdirməsi son həftələrdə İran Azərbaycanı ilə bağlı gündəmdə olan ən önəmli hadisələrdən olub.

Urmiyəli fəalların müxtəlif seçkilər zamanı göstərdikləri fəaliyyətlərin müsbət nəticələri başqa şəhərlərə də yol göstərəcəkdir.
Əlirza Abdullahi

İllər öncədən Urmiyədə yaşayan fəallar şəhər şurası seçkiləri zamanı təşkilatlanıb və bəzən öz aralarından bəzilərini aday (namizəd) göstəriblər. Adaylığını irəli sürən milli fəalların səlahiyyəti rədd edildiyi zaman, fəallar şərtli olaraq onların tələbləri ilə razı olan digər namizədləri dəstəkləyirdilər. Seçkilər səbəbi ilə ortaya çıxan nisbi azad fəzada bu tələbləri ortaya qoymaq və təbliğ etmək mümkün olurdu.

Amerikanın Səsi ilə söhbətdə İranda türk adlarının farslaşdırılmasının tarixi, habelə xüsusilə Urmiyə şəhərində bu adların geri qaytarılması ilə bağlı yürüdülmüş fəaliyyətləri şərh edən Əlirza Abdullahi özü də güneyi tərk etmədən öncə seçkilərlə bağlı təşkil olan kampaniyalarda fəaliyyət göstərib.

O, həmçinin keçmişdə Urmiyə şəhər şurası seçkilərində namizədliyini irəli sürüb.

Urmiyəli fəalların müxtəlif seçkilər zamanı göstərdikləri fəaliyyətlərin müsbət nəticələri başqa şəhərlərə də yol göstərəcəkdir,” deyə güneyli fəal türkcə lövhələrin yerləşdirilməsini milli fəalların mübarizəsinin nəticəsi olaraq dəyərləndirib.

Urmiyə - Türkcə lövhələr
Urmiyə - Türkcə lövhələr

Əlirza Abdullahinin sözlərinə görə, illər öncədən Urmiyədə yaşayan fəallar şəhər şurası seçkiləri zamanı təşkilatlanıb və bəzən öz aralarından bəzilərini aday (namizəd) göstəriblər. Adaylığını irəli sürən milli fəalların səlahiyyəti rədd edildiyi zaman, fəallar şərtli olaraq onların tələbləri ilə razı olan digər namizədləri dəstəkləyirdilər. Seçkilər səbəbi ilə ortaya çıxan nisbi azad fəzada bu tələbləri ortaya qoymaq və təbliğ etmək mümkün olurdu.

Urmiyəli həkim və mədəni fəal özünün də keçmişdə şəhər şurası seçimlərinə namizədliyini irəli sürdüyünü ancaq separatçılıq ilə ittiham edilərək rədd edildiyini bildirib.

2013 ilinin iyun ayında İranda keçirilən şəhər və kənd şuraları seçkilərlə əlaqədar Urmiyə şəhərində yaradılan “Urmu Azərbaycan Səsi” koalisiyası seçkilərə qatılan 15 namizədi dəstəkləmişdi.

Urmiyə bələdiyyəsinin bu müsbət addımı dəstəklənməlidir. Ancaq, başqa tələblər istiqamətində fəaliyyətlər davam etməli və qurumların mənfi addımlarına da göz yumulmamalıdır.
Əlirza Abdullahi

Keçirdiyi mərasimlər və şəhər içində yaydığı bəyanat vərəqələrində adları farscaya çevrilmiş məhəllələrin orijinal türkcə adlarının qaytarılması, mədəniyyət mərkəzlərində türk dili və ədəbiyyatının öyrədilməsi, Azərbaycan milli kitabxanasının təsis edilməsi, yerli mətbuat və jurnalistlərin dəstəklənməsi və musiqi mərkəzlərinin təsis edilməsi kimi tələbləri irəli sürən koalisiya təşkilatının fəaliyyətlərinə seçkilərdən bir neçə gün öncə İranın təhlükəsizlik qurumu tərəfindən son qoyulmuşdu.

Həmin seçkilərdə Urmiyə şəhər şurası olaraq seçilən 15 namizəddən 10-u Urmu Azərbaycan Səsi koalisiyasının dəstəklədiyi namizədlər idi.

Əlirza Abdullahinin dediklərinə görə, millət basqılara qarşı ciddi təpki sərgilədiyi zaman kiçik də olsa bəzi uğurlar qazana bilir.

"Həsən Ruhanidən öncə Azərbaycan vilayətlərinin prezident seçkilərində iştirak səviyyəsi çox aşağı idi. Bunu görən Həsən Ruhani Azərbaycandan səs almaq üçün türk dilinin tədrisi, türk dil qurumunun təsisi və Urmiyə gölünü qurturmağa dair bəzi sözlər verməyə məcbur qaldı," deyə sabiq siyasi məhbus söyləyib.

"Urmiyə bələdiyyəsinin bu müsbət addımı dəstəklənməlidir. Ancaq, başqa tələblər istiqamətində fəaliyyətlər davam etməli və qurumların mənfi addımlarına da göz yumulmamalıdır," deyə o əlavə edib.

XS
SM
MD
LG