Accessibility links

Nazir müavini: Urmiya gölünün qurumasının altı səbəbi var


Urmiyə gölünün son görüntüləri
Urmiyə gölünün son görüntüləri

“Urmiya gölü icazəli və icazəsiz xeyli artezian quyuları qazılaraq istifadə olunur”

“Urmiya gölünün qurumasının 6 əsas səbəbi var”. APA agentliyinin məlumatına görə, bunu İranın energetika nazirinin müavini Səttar Mahmudi bildirib.

Onun sözlərinə görə, Urmiya gölünün quruması ilə bağlı aparılan araşdırmaların nəticəsi məlum olduqdan sonra hövzənin ərazisindəki bütün bəndlərin inşası dayandırılıb: “Urmiya gölü 50 ildir xüsusi beynəlxalq bataqlıq ərazisi hesab olunub və son 54 ildə UNESCO tərəfindən qorunan bir biosfer kimi qeydə alınıb”.

S.Mahmudi deyib ki, Urmiya gölünün böyük bir hissəsinin qurumasının əsas səbəblərindən biri iqlim dəyişikliyidir: “Bu da gölün hazırkı vəziyyətinə gətirib çıxarıb. Ona görə də hövzəni əvvəlki vəziyyətinə geri qaytarmaq bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Bu sahədə İran Energetika Nazirliyinin mütəxəssislərin rəyini almaq araşdırmaların aparılması işinin bir hissəsidir. İndiyədək bununla bağlı bir sıra yığıncaqlar keçirilib və Urmiya gölünün xilası üçün bir çox layihələr təklif edilib”.

İranın energetika nazirinin müavini həmçinin vurğulayıb ki, Urmiya gölünün suyunun həddindən artıq çox buxarlanması və düzgün qidalanmama hövzənin qurumasının digər səbəblərindəndir: “Bundan başqa, Urmiya gölü icazəli və icazəsiz xeyli artezian quyuları qazılaraq istifadə olunur. Eyni zamanda fermerlərin yerüstü su ehtiyatlarından istifadə etməsi və bəndlərin inşası Urmiya gölünün qurumasına təsir göstərib”.

S.Mahmudi bildirib ki, Urmiya gölünü əvvəlki vəziyyətinə geri qaytarmaq üçün Xəzər dənizindən və Araz çayından hövzəyə suyun gətirilməsi məsələsi də araşdırılır.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG