Accessibility links

Virtual Klinika dünya boyu tibbi yardımı bərabərləşdirməyi hədəfləyir [Video]


Virtual Klinika dünya boyu tibbi yardımı bərabərləşdirməyi hədəfləyir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Virtual Kilinika dünya boyu tibbi yardımı bərabərləşdirməyi hədəfləyir

Telefon istifadəçilərin sayı artmaqda davam edir və inidi daha çox insan xidmətlərini mobil applikasiya vəsitəsilə alırlar. Ən son yenilik isə tələb üzərinə tibbi yardımdır. Cənubi Kaliforniya Universitetinin Bədən Hesablamaları Mərkəzi virtual texnologiyalardan və süni intellektdən istifadə edərək bütün dünyadakı pasientləri tibbi xidmətlə təmin edir. Bu sistemin necə işlədiyinə nəzər salaq.

Biz inkişaf etmiş ölkələrdə hazırlanan müasir tibb sisitemini və biliyi inkişaf etməmiş ölkələrə daşıya bilərik.
Leslie Saxon

Yemək sifariş etməkdən tutmuş, taksi sifariş etməyə kimi, mobil applikasiyalar insanlara istədikləri hər şeyi bir düyməyə basmaqla etmək imkanı verir.

Çox yaxında onlar hətta həkim də çağıra biləcəklər.

Həkim virtual insandır. Məsələn burada bu, ürək həkimi Lezli Saksonun avatarıdır.

“Bütün dünyada ekspertlərin sayı məhduddur və heç bir zaman dünyanın tələblərini qarşılamaq üçün kifayət qədər ekspert olmayacaq. Ona görə də, biz ekspertlərin bir çoxunu belə desək, klonlaya bilərik ki, onlar sərhədlər lazım olan zaman sərhədlərə baxmayaraq insanları dünyanın hər bir yerində, İranda, İndoneziyada, Hindistanda , burada Los Ancelesdə olduğu kimi asan bir şəkildə tibbi yardımla təmin edə bilsinlər.”

Cənubi Kaliforniya Universitetinin Kreativ Texnologiyalar İnstitutunun araşdırmacıları virtual insanlar yarada biliblər. Bu virtual insanlar real insanlarla təkcə qarşılıqlı söhbət etmirlər, həm də onlara şəfa olurlar.

“Biz xəstənin hüznlü, xoşbəxt və ya hər hansı bir ruh halında olması ilə bağlı siqnalları ala bilirik və bunun əsasında bir təcrübə yaradırıq.”

Birmalı həkim
Birmalı həkim

Sakson deyir ki, bir çox baxımdan virtual həkimlər insan həkimlərdən daha yaxşıdır.

“Biz insanıq. Biz hər zaman eyni əhval-ruhiyyədə olmuruq. Hər zaman məlumatı eyni cür çatdırmırıq. Hər zaman qəbul edəcəyimiz xəstənin vəziyyəti ilə bağlı ən son məlumatları bilmirik. Elə bu səbəbdən də virtual həkimlər daha ağıllıdır. Hətta onlar xəstələri daha yaxşı oxuya bilir.”

Virtual həkim problemi diaqnoz edib, xəstənin xüsusiyyətlərinə uyğun olaraq bu diaqnozla bağlı məlumat vermək üçün insan həkimin biliyinə malik olacaq. Xəstələrin geyindikləri və ya telefonlarındakı sensorlar virtual həkimə daha çox məlumat verə bilər. Bu applikasiyanın yaradıcıları deyir ki, bu cür avatarlar real həkimləri əvəzləmir, təkmilləşdirir.

Onlar bəzi yerlərdə isə tibbi yardımı təkmilləşdirməyə kömək edir.

“Biz inkişaf etmiş ölkələrdə hazırlanan müasir tibb sisitemini və biliyi inkişaf etməmiş ölkələrə daşıya bilərik.”

Virtual Klinika üçün mobil applikasiya bu ilin sonuna hazır olacaq. Məqsəd isə virtual həkimlərin bir neçə dildə danışmasını təmin etməkdir.

XS
SM
MD
LG