Accessibility links

İran Yəməndə atəşkəsə çağırır


İran Yəməndə Hutilərin ələ keçirdiyi əraziləri azad etmək üçün Səudiyyə Ərəbistanının başçılıq etdiyi və prezident Əbd-Rəbbu Mənsur Hadinin dəstəklədiyi hava hücumlarının dərhal dayandırılmasına çağırıb.

Bu gün etdiyi çıxışı zamanı İran prezidenti Həsən Ruhani deyib ki, ölkədəki böhranın aradan qaldırılması üçün döyüşlərin dayandırılması, tərəflər arasında danışıqların başlanması və bütün tərəflərin təmsil olunduğu hökumətin yaradılması yeganə yoldur.

Artıq dörd həftədir sürən hava hücumları kampaniyası İranın dəstəklədiyi Hutilərin keçən ilin sentyabr ayında ələ keçirdiyi patyaxt Sənada bu gün daha da intensiv şəkidlə davam etdirilib.

Bu arada, ABŞ-ın təyyarədaşıyan USS Theodore Roosevelt gəmisi ABŞ-ın Yəmən sahillərində yerləşdirilmiş 10 gəmisinə qoşulmaq üçün Ərəbistan dənizinə göndərilib. Pentaqon bu addımın Körfəz bölgəsində su nəqliyyat yollarının açıq qalmasını təmin etmək üçün atıldığını bildirib.

Pentaqon gəminin İranın Hutilərə silah yüklərini daşıyan gəmilərinin qarşısının alınması üçün göndərildiyinə dair xəbərləri təkzib edib.

Vaşinqtonda yüksək səviyyəli hərbi rəsmi Amerikanın Səsinə regionda ABŞ və İran gəmiləri arasında münaqişənin qaçılmaz olduğuna inanmadığını bildirib. Lakin o deyib ki, ABŞ və başqa ölkələr Hutilərin daha artıq silah yükləri almadığına əmin olmaq istəyir.

XS
SM
MD
LG