Accessibility links

Yəmən hökuməti və şiə müxalifət milli birlik hökumətinin yaradılmasına dair razılıq imzalayıb

Yəmən paytaxtı Sənada döyüşlərlə başlayan bu gün hökumət və şiə müxalifət nümayəndələri arasında milli birlik hökumətinin yaradılmasına dair razılığın imzalanması ilə başa çatıb.

Yəmən hökumətinin açıqladığı yazılı bəyanatda prezident Abdrabu Mənsur Hadinin şiələrin Ansarullah müxalifət qrupunun üzvləri və ölkənin aparıcı siyasi partiyalarının nümayəndələri ilə razılığı Sənada prezident sarayında imzaladığı bildirilir.

Sazişdə tərəflər dərhal atəşkəsə, hökumətin şəffaflığı artırması, iqtisadiyyat və təhlükəsizlik sahələrində islahatlar keçirməsinə çağırılır.

Yəmən rəsmiləri şiələrin nümayişləri və son ay ərzində silahlı toqquşmalar nəticəsində 100-dən çox həyatını itirdiyini təxmin edir. Şiə üsyançılar Yəmən hökumətindən daha geniş siyasi hüquqlar verilməsini istəyirdir.

Hələlik şiələrin hökumətdə hansı rol oynayacağı tam aydın deyil.

Paytaxt Sənada BMT-nin sülh üzrə nümayəndəsinin hökumət qüvvələri və şiə üsyançılar arsında sülh sazişinin imzalanacağını elan etməsinə baxmayaraq, bütün gecə döyüşlər davam edib.

Keçən həftədən başlayaraq Sənada döyüşlərin şiddətləndiyi müşahidə edilib. Lakin şənbə günü BMT-nin xüsusi nümayəndəsi Camal Benomar tərəflərin şilərin də daxil olduğu milli birlik hökumətinin yaradılmasına dair sazişi imzalayacağını deyib.

XS
SM
MD
LG