Accessibility links

Qarabağ müharibəsi əlili dəfn olunub [Video və Fotoqalereya]


Qarabağ müharibəsi əlili dəfn olunub
Qarabağ müharibəsi əlili dəfn olunub
Dekabrın 25-də özünü yandıran və ötən axşam xəstəxanada dünyasını dəyişən Qarabağ əlili Zaur Həsənovun cənazəsi Lökbatan qəsəbəsində yerləşən evindən qaldırılıb və dəfn olunmaq üçün Bibiheybət qəbiristanlığına aparılır.

500-dən çox insan Zaur Həsənovu son mənzilə yola salmaq üçün əllərində bayraqlar və mərhumun şəklillərini tutaraq yürüş ediblər.

Onlar "Qarbağ!", "Azadlıq!", "Qazıləri yandırma!" şüarları səsləndiriblər.

Zaur Həsənovun dekabrın 28-də axşam saatlarında vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə özünə sui-qəsdə cəhd etdiyini deyirdi.

Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.

Qarabağ müharibəsi əlili Zaur Həsənov dəfn olunub
please wait

No media source currently available

0:00 0:00:20 0:00
Qarabağ müharibəsi əlili Zaur Həsənov dəfn olunub
please wait

No media source currently available

0:00 0:00:22 0:00



XS
SM
MD
LG