Accessibility links

Çavuşoğlu: “Azərbaycan FETÖ məktəblərini “Maarif” Vəqfinə verə bilər”


Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

“FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik”.

İyulun 24-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmdəyarovla keçirdiyi mətbuat konfransında belə deyib. Xəbəri APA yayıb.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Bakıda birgə mətbuat konfransında
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Bakıda birgə mətbuat konfransında

“Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”, nazir əlavə edib. O bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb.

Mövlud Çavuşoğlu Azərbaycanın FETÖ ilə bağlı Türkiyəyə ən güclü dəstəyi verən ölkələrin başında gəldiyini vurğulayıb.

FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Rəsmi ittihama görə, bunun arxasında ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülen durur. O özü bunu yalanlayır.

Həmin hadisələrdən sonra Azərbaycanda yerli mətbuatın yazdığına görə, Gülenə bağlı olduğu iddia edilən “Zaman” qəzeti və “Qafqaz” Universitetinin fəaliyyəti dayandırıldı. Mətbuat bu addımların məhz Türkiyə hökumətinin istəyi ilə atıldığını iddia edir.

Bir qədər öncə isə “İstək” Liseylər Şəbəkəsinin fəaliyyətini dayandırması haqda məlumat verilib.

XS
SM
MD
LG