Çin prezident Trampın ticarət təhdidilərini davam etdirdiyi təqdirdə, ABŞ-ın 60 milyard dollarlıq mallarına yeni tariflərin tətbiqi ilə hədələyib.
Çinin Ticarət Nazirliyi bildirib ki, 5200 ABŞ malına 5-dən 25 faizədək tarif tətbiq ediləcək.
Çinin xəbərdarlığı ABŞ dövlət katibi Mayk Pompeonun Çinin dövlət müşaviri və xarici işlər naziri ilə Sinqapur görüşü zamanına təsadüf edib.
Dünən Çinin xarci işlər naziri Vanq Yi müxbirlərə deyib ki, ABŞ sakitləşməli və öz istehlakçılarını düşünməlidir. Tramp administrasiyası 200 milyardlıq Çin mallarına tarifləri artıraraq, 10 faizdən 25 faizə qaldırıb.
Yi deyib ki, tariflərin yüksəldilməsi ABŞ istehlakçıları və Amerikanın Çindəki bizneslərinə ziyan vuracaq.