Accessibility links

Çin yaxınlığında ABŞ hərbi təyyarələrinin uçuşlarını artırmasından narahatdır


Təhlilçilərin fikrincə, ABŞ-ın Çin yaxınlığındakı dəniz üzərindəki hərbi uçuşlarının sayının artımasına səbəb Vaşinqtonun Çinin mübahisəli sulardakı fəaliyyətinin artıb-artmamasını anlamaq və qarşısını almaqdır.

Çin dövlətinə məxsus Cənubi Çin dənizində Strateji Vəziyyətin Araşdırılması Təşkilatının veb səhifəsində ABŞ hərbi kəşfiyyat təyyarələrinın Çin sahillərində iyul və ya avqust ayları ilə müqayisədə sentyabr ayında daha çox, 60 dəfə uçub.

Amerikanın Səsi ilə əlaqə saxlayan ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığının sözçüsü Rendi Reydi Çinə yaxınlığında uçuşların dəyişmədiyini, eyni sayda olduğunu deyib.

Təşkilatın veb səhifəsində deyilib ki, əksər uçuşlar Cənubi Çin dənizi üzərində həyata keçirilib. Pekin digər beş Asiya dövlətinin də bu 3,5 milyon kvadrat kilometrlik zəngin resursları olan dəniz üzərində suverenlik uğrunda yarışır. ABŞ-ın dövlət katibi Mayk Pompeo iyul ayında Vaşinqtonun Çinin genişlənməsinin qarşısını almaq üçün digər dövlətlərə yardım edəcəyini deyib.

Nyu-Yorkda yerləşən Park Strateji Siyasət Məsləhət Mərkəzinin vitse-prezidenti Şon Kinqin dediyinə görə, Amerikanın hava fəaliyyəti Pompeonun direktivini dəstəkləyəcək.

Pompeo Çinin Cənubi Çin dənizindəki hərəkətlərini qeyri-qanuni adlandırıb və bu il uçuşlardakı hər hansı artımın “Çin Xalq Respublikası Cənubi Çin dənizindəki iddialarının qanunsuz olduğunu ABŞ Dövlət Departamentinin iyul bəyanatına uyğun olaraq qəbul etməlidir” deyib.

Təxminən 2010-2017-ci illər arasında Cənubi Çin dənizinin kiçik adalarını hərbi və mülki resursları ilə dolduraraq, dənizdə genişlənən Çin digər ölkələri narahat etməyə başlayıb.

XS
SM
MD
LG