Accessibility links

Çin hökuməti Baydeni təbrik edib


Çin cümə günü ABŞ-da yeni seçilmiş prezident Co Baydeni və yeni seçilmiş vitse-prezident Kamala Harrisi təbrik edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu barədə gündəlik brifinqdə açıqlama verib.

“Biz cənab Baydeni və xanım Harrisi təbrik edirik. Biz həm ABŞ-ın həm də beynəlxalq ictimaiyyətin ABŞ-dakı prezident seçkilərinə reaksiyasını yaxından izləyirik. Biz Amerika xalqının seçiminə hörmət edirik. Seçki nəticələrinin ABŞ qanunları və prosedurları əsasında müəyyən ediləcəyinə əminik" - deyə, Venbin bildirib.

Noyabr ayının 3-də keçirilən seçkilərdə daha çox səs qazanan Baydenin yanvarın 20-də ABŞ prezidenti olacağı proqnozlaşdırılır. Seçki nəticələri ilə bağlı məhkəmə iddiaları qalıdırılıb, bəzi ştatlarda isə səslər yenidən hesablanacaq və nəticələr dekabrın 8-dən gec olmayaraq, ayrı-ayrı ştatlar tərəfindən təsdiq olunana qədər rəsmi olaraq elan edilməyəcək.

Çin və Rusiya ötən həftə kifayət qədər səs topladıqdan sonra ABŞ prezidenti olacağı proqnozlaşdırılan Baydeni təbrik edən digər hökumətlərə qoşulmamamışdı.

Siyasi təhlilçilər Bayden administrasiyası altında prezident Donald Trampın Pekinin ticarət və insan haqlarının vəziyyəti ilə bağlı tənqidləri, casusluq və texnologiya oğurluğu ittihamları səbəbilə son zamanlar gərgin olan ABŞ-Çin münasibətlərində çox dəyişikliklərin olacağını düşünmürlər.

Şərhlərə bax

XS
SM
MD
LG