Accessibility links

ABŞ uyğurlara qarşı rəftarı səbəbilə Çinə yeni sanksiyalar tətbiq edir


Çinin bio-texnologiya və nəzarət texnologiyası şirkətləri, eləcə də bir neçə hökumət qurumu Çinin qərbindəki Sincan vilayətində uyğur müsəlmanların insan haqlarını pozduğu iddiası ilə ABŞ-ın yeni sanksiyaları ilə üzləşib.

Bayden administrasiyası cümə axşamı bildirib ki, yeni sanksiyalar Amerika şirkətlərinin Çin Hərbi Tibb Elmləri Akademiyasına və biotexnologiyanı inkişaf etdirən 11 tədqiqat institutunun məhsul satmasına mane olacaq.

Administrasiya Çinin uyğurları sıxışdırmaq üçün biotexnologiyadan istifadə etdiyini bildirib. Çin bunu inkar edir və uyğurlara qarşı hər hansı təhlükəsizlik tədbirinin terrorun qarşısını almaq üçün tətbiq edildiyini deyir.

"Biotexnologiya və tibbi innovasiyaların elmi axtarışı insanların həyatını xilas edə bilər. Təəssüf ki, Çin Xalq Respublikası bu texnologiyalardan öz xalqına nəzarət etmək, etnik və dini azlıqların üzvlərinə qarşı repressiyalar üçün istifadə etməyi seçib. Biz tibb elmini və biotexniki innovasiyaları dəstəkləyən ABŞ mallarının, texnologiyalarının və proqram təminatlarının ABŞ-ın milli təhlükəsizliyinə zidd istifadələrə yönəldilməsinə icazə verə bilmərik" - deyə, ticarət naziri Cina Raymondo açıqlamasında bildirib.

Bu addım administrasiyanın bu yaxınlarda Çinin "Sincanda insan haqlarını kobud şəkildə pozması və vəhşilikləri" səbəbindən Pekinin qarşıdan gələn Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etdiyini elan etdiyi vaxta təsadüf edir.

Ağ Ev həmçinin Çinin məcburi əməkdən istifadə olunmadığını sübut etmədiyi təqdirdə Sincanda istehsal olunan məhsulların idxalına qadağa qoyan hər iki partiyanın irəli sürdüyü qanun layihəsini dəstəklədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG