Accessibility links

Çində koronavirusa gündəlik yoluxma halları yenidən yüksək həddə çatıb


Çin keçən iyul ayından bəri şimal vilayəti Hibeydə yeni koronavirusa yoluxmaların gündəlik sayının ən yüksək həddə çatdığını bildirib.

Milli Səhiyyə Komissiyasının bildirdiyinə görə, çərşənbə axşamı 115 yeni yoluxma halı olub ki, onlardan 90-nı Pekinin yaxınlığındakı Hibey vilayətində qeydə alınıb. Komissiya iyul ayının 30-dan bəri qeydə alınan ən yüksək hallardan 107-nin yeni hadisələrin yerli yerli yoluxmalar olduğunu bildirib.

Hibey rəsmiləri vilayətin bir neçə şəhərinin bağlanmasına göstəriş verib. 16 yeni yoluxma halının qeydə alındığı şimal-şərq Heylontsan vilayətinin rəsmiləri37 milyon əhalisi olan vilayətdə fövqəladə vəziyyət elan edib

Bu arada, Braziliya tədqiqatçıları Çinin Sinovac Biotech şirkəti tərəfindən hazırlanmış COVID-19 peyvəndinin iki həftə əvvəl elan edildiyi kimi 78% deyil, bu ölkədəki geniş sınaqların bu peyvəndin təsirinin 50%-dən çox olduğunu göstərdiyini bildirib.

Tədqiqatçılar bildirib ki, son məlumat bazasına xəstəliyi yüngül formada keçirən iştirakçıların göstəricilərinə əsalanır. Bu isə hər iki göstərici arasında zidiyyət yaradır.

Prezident Coko Vidodonun çərşənbə günü ilk peyvənd aldığı İndoneziya Sinovac peyvəndinın təcili istifadəsini təsdiq edib. Peyvənd Cənub-Şərqi Asiyanın 181 milyon sakininə vurulmağa başlayıb.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, 24,951 ölüm daxil olmaqla, İndoneziyada COVID-19-a 858 043 yoluxma halı qeydə alınıb.

Yaponiyanın baş naziri Yoşihide Suq çərşənbə günü yeni koronavirus halları artdığına görə hökumətin ölkənin mərkəzi və qərbindəki digər yeddi bölgəsində fövqəladə vəziyyəti genişləndirdiyini bildirib. Cümə axşamı qüvvəyə minən və fevralın 7-dək davam edəcək yeni qərar Osaka, Kyoto, Hyoqo, Fukuoka, Aiçi, Gifu və Toçigini əhatə edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG