Çin və Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təcrid olunmuş rejimə qarşı bir sıra iqtisadi sanksiyaların dayandırılmasını tələb edən birgə qətnamə təqdim etməyə hazırlaşır.
İki ölkənin aradan qaldırılmasını istədiyi sanksiyalar arasında Şimali koreyalıların xaricdə işləyə və qazandıqlarını evlərinə göndərə bilməsi, dəniz və tekstil məhsullarının ixracına qadağa və emal olunmuş neft idxalına qoyulan məhdudiyyət də var.
Associated Press və Reuters xəbər agentliklərinin ayrı-ayrılıqda əldə etdikləri qətnamə layihəsində 15 üzvdən ibarət Təhlükəsizlik Şurası sanksiyaların ləğvinə Şimali Koreyanın “mülki əhalisinin güzəranını yaxşılaşdırmaq” üçün çağrılır.
BMT Şimali Koreyaya qarşı ilk dəfə sanksiyaları 2006-cı ildə nüvə və ballistik raket proqramlarına görə tətbiq edib və bu sanksiyalar Pxenyanın beynəlxalq ictimaiyyətə məhəl qoymayaraq və ölkədə iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, həyata keçirdiyi hər sınaqla daha da güclənib.
Qətnamə layihəsində deyilir ki, sanksiyaların ləğvi “Koreya Xalq Demokratik Respublikasının qanuni təhlükəsizlik narahatlıqlarına hörmət edilməsinin və bu ölkədəki insanların rifahının, ləyaqətinin və hüquqlarının təmin edilməsinin zəruriliyini vurğulayır”.
Bu qətnamə 2019-cu ildə Çin və Rusiya tərəfindən hazırlanan, lakin ABŞ və qərb dövlətlərinin müqaviməti səbəbindən təqdim edilməyən qətnamənin genişləndirilmiş formasıdır.