Accessibility links

Uhanda COVID-19-dan ölənlərin və yoluxanların sayı artırıldı


Çin cümə günü Uhanda COVID-19 böhranında əvvəl düşünüldüyündən daha çox insanın öldüyünü bildirib. Belə ki, Çin xəstəliyin yarandığı şəhərdə ölənlərin sayını 50 faiz artırıb.

Səhiyyə işçiləri əlavə olaraq 1290 nəfərin də öldüyünü bildirib. Bu isə üumumi sayın 3869-a çatması deməkdir.

Rəsmilər yoluxanların sayının əlavə 325 artıraraq ümumi yoluxanların sayının 50,333-ə çatdığını bildirib.

Açıqlamada bildirilir ki, "məlumatlarda ziddiyətlərə" bir neçə amil səbəb olub ki, buna ilkin dövrlərdə xəstələrin sayı tibbi personalın qəbul edə biləcəyindən daha çox olması və eləcədə evdə həyatını itirənlərin bəzi insanların ilkin siyahıya daxil edilməməsi daxildir.

Xarici səhiyyə rəsmiləri Çində yoluxmalar və ölüm halları ilə bağlı hesabtlara şübhə ilə yanaşırdılar və Çinin statistikasının digər ölkələrlə müqayisədə aşağı olduğunu bildirirdilər.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lincian cümə günü bildirib ki, Çin heç vaxt rəqəmləri ört-basdır etməklə məşğul olmayıb. O deyib ki, rəqəmlərdəki dəyişiklik virusun təsiri haqqında daha dəqiq məlumat əldə etmək məqsədilə statistikanın yenilənməsinin nəticəsidir.

ABŞ-ın Cons Hopkins Universitetinin hesablamasına görə, artıq dünyada 2 milyondan çox COVID-19-a təsdiqlənmiş yoluxma halı və təxminən 150.000 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG