Accessibility links

Çində hücum


Çin rəsmiləri deyib ki, ölkənin mərkəzi hissəsində yerləşən ictimai meydanda bir şəxs maşını izdihamın üzərinə sürüb, daha öncə isə onlara qarşı bıcaq və bellə hücum edib. Nəticədə 11 nəfər ölüb, onlarla insan yaralanıb.

Hanan əyalətinin Hengyan şəhərində baş verən bu hadisə mobil telefonun kamerası ilə lentə alınıb. Hadisənin terrorla əlaqəsi olduğu bildirilməyib. Polis hələ də istintaq aparır.

Pekin qəzetində bildirilib ki, polis şübhəlinin hadisə yerində həbs olunan 54 yaşlı Yanq Zanyunun olduğunu müəyyən edib. Onun daha öncə də hücum da daxil olmaqla, bir neçə səbəbdən həbs olunduğu bildirilir.

XS
SM
MD
LG