Accessibility links

Çində uşaq bağçasına bıçaqlı hücum - 14 uşaq yaralanıb


Bu gün səhər saatlarında Çinin qərbində bıçaqla silahlanmış bir qadın uşaq bağçasına hücum edərək, 14 uşağı yaralayıb.

Soy adı Liu olan qadının Çonginq şəhərindəki uşaq bağçasına uşaqlar səhər idmanından qayıdarkən hücum etdiyi bildirilib. Yaralanan uşaqlar xəstəxanaya aparılıb.

Uşaq bağçasına hücum edən 39 yaşlı qadın polis tərəfindən nəzarət altına alınıb.

Son illər Çində buna bənzər bir neçə hücum həyata keçirilib. Belə hücumların adətən ruhi xəstəlik və ya nifaq səbəbindən həyata keçirildiyi deyilir.

Çində odlu silahların satışı və saxlanmasında məhdudiyyətlər olduğu üçün hücumçülar adətən bıçaq və ya əldəqayırma bombalardan istifadə edir.

XS
SM
MD
LG