Accessibility links

Çinlə ABŞ ticarət müzakirələri aparır


Çərşənbə axşamı Çin və ABŞ-ın aparıcı müzakirəçiləri telefonla danışıb və tərəflər arasında bir neçə cəbhədə gərginliyin artması fonunda iqtisadi razılaşmada birinci mərhələ üzrə "irəliləyiş" əldə olunub.

ABŞ və Çin yanvar ayında razılaşma imzalayaraq uzun sürən ticarət müharibəsində qismən barışığa gəliblər. Razılaşmaya əsasən, rəsmi Pekin avtomobillərdən maşınlara və neft məhsullarından kənd təsərrüfatı məhsullarına qədər iki il ərzində əlavə 200 milyard dollarlıq Amerika məhsullarını idxal etməyi öhdəsinə götürüb.

Lakin koronavirus pandemiyası razılaşmanın yerinə yetirilməsinə mane olub və Çinin həmin məhsulları alması gecikir.

İki ölkə iki fərqli bəyanatla danışıqları təsdiqləyib.

Vaşinqtondan edilən şərhdə deyilir ki, "Çinin razılaşma ilə müəyyənləşdirilən struktur dəyişikliklərini həyata keçirmək üçün atdığı addımlara" baxılıb.

Bu dəyişikliklər "əqli mülkiyyət hüquqlarının daha çox qorunmasını təmin edəcək, maliyyə xidmətləri və kənd təsərrüfatı sahəsindəki Amerika şirkətlərinə maneələri və texnologiyanın məcburi köçürülməsini aradan qaldıracaq" deyə, bildirilib.

Əlavə olaraq qeyd olunub ki, hər iki tərəf "inkişafı görür və razılaşmanın uğurunu təmin etmək üçün lazımi addımlar atmağa sadiqdir".

Rəsmi Pekin açıqlamasında tərəflər arasında "konstruktiv dialoq" Çin-ABŞ iqtisadi və ticarət razılaşmasının birinci mərhələsinin icrasını irəlilətmək üçün şərait və atmosfer yaradıb" - deyə, qeyd edib.

Razılığın birinci mərhələsinə əsasən, məmurlar hər altı ayda bir dəfə “qeydiyyatdan” keçməli idi.

ABŞ Prezidenti Donald Tramp son həftələrdə gözlənilən çətin təkrar seçki mübarizəsindən əvvəl Çinə qarşı ritorikasını gücləndirib, müqavilənin taleyi, habelə ikinci mərhələnin razılaşma ehtimalı ilə bağlı suallar qaldırıb.

İki ölkə arasındakı gərginlik Çinin pandemiya və Sincanla Honq Konq siyasəti kimi bir çox məsələyə görə artmışdı.

Şərhlərə bax

XS
SM
MD
LG