Accessibility links

Üç Avropa ölkəsi Quaydonu Venesuelanın lideri olaraq tanımağa hazırlaşır


Xuan Quaydo

Şənbə günü üç Avropa ölkəsinin höküməti səkkiz gün ərzində seçki keçirilmədiyi təqdirdə Venesuelanın müxalifət liderini ölkənin prezidenti kimi tanıyacaqlarını bildirib.

İspaniyanın baş naziri Pedro Sançez və Fransa prezidenti Emmanuel Makron deyib ki, önların ölkələri Xuan Quaydonu Venesuelanın lideri olaraq tanıyacaq.

Almaniya hökümətinin sözçüsü Martine Fietz isə Twitter hesabında bildirib ki, Almaniya da Venesuelada yeni seçkilər keçiriləməsə Quaydonu president kimi tanıyacaq.

ABŞ dövlət katibi Mayk Pompeo Elliot Abramsı ABŞ-ın Venesuela ilə bağlı siyasətinə nəzarət edəcək xüsusi nümayəndə təyin edib. Onun vəzifəsi Venesuelada “demokratiyanın bərpasına”yardım etmək olacaq.

Elliott Abrams və Mayk Pompeo
Elliott Abrams və Mayk Pompeo

Pompeo bu açıqlamanı cümə axşamı Vaşinqtonda, şənbə günü keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xüsusi sessiyasından öncə edib. Pompeo deyib ki, Abrams onunla birlikdə BMT iclasında iştirak edəcək.

Pompeo söyləyib ki, Birləşmiş Ştatlar hər ölkənin Milli Assambleyanın lideri Quaydonu Venesuelanın müvəqqəti lideri olaraq "tanımalı olduğunu" düşünür. O, prezident Maduronu "zalım diktator" adlandırıb və deyib ki, o, Venezuela xalqını viranə edib.

Pompeo deyib ki, ABŞ-ın Venesuelada yeni liderin təyin olunması üçün azad və ədalətli seçkilərin keçiriləcəyinə ümid edir. O həmçinin Maduronun çərşənbə günü ölkədən çıxmalarına göstəriş verən ABŞ diplomatlarının Venesuelada təhlükəziliklərinin təmin olunacağını vəd edib. O, ABŞ-ın “bütün müvafiq tədbirləri” gördüyünü söyləyib.

Əlavə sanksiyaların tətbiqi mümkündür

Ağ Ev rəsmiləri deyib ki, Tramp Maduro etirazçılara qarşı zorakılıq tətbiq etsə dəniz blokadası və ya başqa hərbi addım daxil olmaqla heç bir müdaxiləni istisna etmir.

Venesuelanın prezidenti Nikolas Maduro
Venesuelanın prezidenti Nikolas Maduro

ABŞ-la yanaşı bir çox ölkə Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Buna Kanada və Latın Amerikalarından ibarət yeni yaranmış Lima Qrupunun 14 üzvündən Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala və Peru kimi 11 üzvü daxildir.

Fransa prezidenti Emmanuel Makron cümə axşamı Twitter mesajında Venesueladakı seçkiləri “qeyri-qanuni” adlandırıb və azadlıq tələb edən venesuelalıların cəsarətini alqışlayıb.

BMT-nin baş katibi Antonio Qutereş cümə axşamı xəbərdarlıq edib ki, əsas siyasi rəqiblər razılıq əldə etməsə Venesueladakı vəziyyət “fəlakətə” çevrilə bilər.

BMT-nin baş katibi Antonio Quttereş
BMT-nin baş katibi Antonio Quttereş

Çin və Rusiyadan xəbərdarlıq

Lakin Venesuelanın ən böyük müttəfiqlərindən biri olan Rusiya rəsmiləri cümə axşamı Birləşmiş Ştatlar və digər Qərb ölkələrinin Quaydonu dəstəkləməsinə qəzəblənib və onları Venesuelanın daxili işlərini müdaxilə etməkdə günahlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlara hər hansı hərbi müdaxilə etməməsi barədə xəbərdarlıq edib və bu addımın “fəlakətli nəticələrinin” ola biləcəyini bildirib.

Çin Birləşmiş Ştatları böhrandan uzaq durmağa çağırıb. Pekin və Moskvanın böyük iqtisadi maraqları olduğu üçün Karakasa milyardlarla dollar dəyərində kredit verib.

Boliviya, Kuba, İran və Suriya da Maduroya dəstəklərini bildirən bəyanatlar yayıb.

XS
SM
MD
LG