Accessibility links

COVID-19 məhdudiyyətləri uşaqlar arasında poliomielit və qızılca xəstəliklərinin artmasına səbəb olur


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü COVID-19 pandemiyası məhdudiyyətlərinin və tələblərinin immunizasiya proqramlarını boğduğunu, bunun isə dünyanın ən yoxsul bölgələrində uşaqlar arasında poliomielit və qızılca xəstəliklərinin artmasına səbəb olduğu barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirdiyi brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qibreyesus deyib ki, bu ilin əvvəlində bir çox təşkilat, hökumət və milyonlarla səhiyyə işçisinin koordinasiyalı səyləri nəticəsində Afrikanın vəhşi poliomielit xəstəliyindən qurtardığı bildirilmişdi.

Tedros Qibreyesus pandemiya baş qaldırandan bəri Afrikadakı vəhşi poliomielitin qarşısını alan müntəzəm immunizasiya proqramlarının da dayandırıldığını və bu səbəbdən yüksək riskli bölgələrdə uşaqların poliomielit, qızılca və sətəlcəm kimi xəstəliklərə həssas olduqlarını deyib. O, agentliyin artıq bu xəstəliklərin baş verdiyini görməyə başladığını bildirib.

ÜST-nin baş direktoru deyib ki, COVID-19 başlamazdan əvvəl qızılca dünya boyu yenidən baş qaldımışdı. O, iyirmi ildən sonra, keçən il ən çox qızılca yoluxmalarının qeydə alındığını deyib. Eyni zamanda o, Pakistan və Əfqanıstanda, eləcə də Afrikanın immunizasiya olunmamış bir çox bölgəsində poliomiolit virusuna yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib.

Tedros Qibreyesus poliomielitin qarşısı indi alınmazsa, bunun xəstəliyin qlobal olaraq yenidən baş qaldırmasına səbəb olacağını və 10 il ərzində hər il 200 minə qədər xəstə ola biləcəyini deyib.

Tedros Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu (UNİCEF) poliomielitin qarşısının alınması üçün 400 milyon, qızılca üçün isə 255 milyon dollar olmaqla, dünya donorlarından 655 milyon təcili yardım istədiyini bildirib.

XS
SM
MD
LG