Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı Tərtər rayonunda tibbi ehtiyacları öyrənib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi missiyasını davam etdirir.

ÜST Facebook səhifəsində bildirir ki, missiya üzvləri Tərtər rayonuna (Bakıdan 332 kilometr qərb) səfər edərək rayondakı tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.

Bununla yanaşı, nümayəndə heyəti rayondakı bir neçə tibb müəssisəsinə baş çəkib və vəziyyəti yerində qiymətləndirib.

Müvəqqəti olaraq məktəb binasında məskunlaşan 60-dan çox ailəyə gigiyena dəstləri və maskadan düzgün istifadə ilə bağlı posterlər paylanılıb.

Tərtər rayonu aktiv döyüşlərin davam etdiyi (27 sentyabr-10 noyabr) Dağlıq Qarabağla həmsərhəd rayondur. Rəsmi məlumatlara görə, rayonun yaşayış məntəqələri minlərlə raket və artilleriya zərbələrinə məruz qalıb. Çoxsaylı insan itkiləri, yaralılar var və yüzlərlə yaşayış evləri, ictimai tikililər, o cümlədən səhiyyə obyektləri dağıdılıb.

XS
SM
MD
LG