Accessibility links

ÜST Afrikaya 20 milyon doza COVID-19 vaksinin çatdırılmasına çağırış edir


Ümumdünya Səhiyyə Təşkilatı Afrika ölkələrində birinci doza vaksin vurulan insanlara ikinci dozanı tətbiq etmək üçün COVID-19 vaksinin 20 milyon dozasının təmin olunmasına çağırır.

ÜST Afrikada COVID-19 hallarının üç həftə boyunca azalmasının ardınca yenidən artmağa başladığını bildirir. Təşkilat bildirir ki, 4.7 milyon yoluxma və 128 min ölüm halı ötən həftədə 17 faizlik artımın olduğuna işarə edir.

ÜST-nın Afrika region üzrə direktoru Matşidiso Moeti deyir ki, o narahatdlr amma Afrikanın üçüncü yoluxma dalğasına doğru getdiyini demək üçün hələ tezdir.

“Afrikada yoluxmalarda canlanma olduğunu demək üçün hələ tez olsa da, biz bir sıra ölkələrdə yoluxma hallarının artdığını müşahidə edirik və vəziyyəti yaxından izləyirik. Və biz bıçağın kəskin ucundayıq. Bu da COVID-19 vaksinlərin çatdırılmasını daha da zəruri edir.”

Moeti deyir ki, ÜST-nın bildirdiyi 65 000 yeni yoluxma hallarının üçdə biri Cənubi Afrikada qeydə alınıb. O deyir ki, o, Cənubi Afrikada virusun yeni variantlarının qonşu ölkələrə yayılmasından narahatdır. O, Namibiya və Zambiyanın Afrikada yoluxmaların artdığı 11 ölkə arasında olduğunu qeyd edir.

1.4 milyard əhalisi olan Afrikada indiyədək 28 milyon COVID-19 vaksini tətbiq olunub. Moeti deyir ki, ilk dozanı alan insanları tam vaksinləmək üçün Afrikanın iyul ayının ortasına qədər azı 20 milyon doza Oxford-Astra Zeneca peyvəndinə ehtiyacı var.

“Afrikanın indi vaksinə ehtiyacı var. Vaksinasiya kampaniyasında hər hansı fasilə həyatların və ümidlərin itirilməsinə gətirib çıxaracaq. Bu ilin sentybar ayına qədər qitə əhalisinin 10 faizini peyvəndləmək üçün əlavə 200 milyon dozaya ehtiyac var,” o deyib.

Moeti yüksək riskli qruplardakı insanları vaksinasiya edən ölkələri əlavə dozalarını Afrika ilə bölüşməyə çağırıb. O, Fransanın öz vaksin ehtiyatından Afrikaya on minlərlə doza vaksin ianə edən ölkə olduğunun bildirib.

ÜST bildirir ki, Avropa İttifaqı aşağı gəlirli ölkələrə 100 milyondna çox doza vaksin vəd edib, Birləşmiş Ştatlar isə aşağı gəlirli ölkələrə 80 milyon doza verməyə söz verib. Digər zəngin ölkələr də bənzər addımlar atacaqlarını bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG