Accessibility links

ÜST: Pandemiya zamanı zəruri olmayan diş müalicəsi gecikdirilməlidir


Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yoluxma riskini minimuma endirmək üçün stomatoq mütəxəssislər və stomatoloji klinikalarda xəstələr tərəfindən görüləcək tədbirlər barədə təlimat paylaşır.

Ümumdünya Səhiyyə Təşkilatının may və iyul ayının ortaları arasında 103 ölkəni əhatə edən araşdırması COVID-19-un dünyada stomatologiya xidmətlərinə görünməmiş şəkildə təsir etdiyini üzə çıxarıb.

ÜST-ün Yoluxucu olmayan Xəstəliklər Departamentinin stomatoloqu Benua Varen sorğu iştirakçılarının 75 faizinin stomatoloji prosedurların koronavirus səbəbi ilə ya tamamilə və ya qismən bitmədiyini bildirib.

O deyir ki, yüksək səviyyədə pozulma stomatoloqlar tərəfindən görülən işin təbiəti ilə bağlıdır.

"Bildiyiniz kimi, diş həkimləri, stomatoloji klinikalarda tibb bacıları, gigiyenistlər və diş həkiminin köməkçiləri xəstələr ilə sıx təmasda işləyir və tüpürcək və qanın təsirinə məruz qalırlar və buna görə də sprey yaradan avadanlıq adlandırdığımız vasitədən istifadə edirlər ... və bütün bu avadanlıqlar havada meydana gələn hissəciklər və ya aerozol yaradır" deyə o qeyd edib.

Koronavirusun ötürülməsinin yüksək olduğu icmalarda Varen ÜST-ün zəruri və ya təcili stomatoloji hallara üstünlük verilməsini tövsiyə etdiyini deyir. O bildirir ki, xəstələrin müalicəsində diş sahəsində çalışan işçilər infeksiyanı yayan və əl alətlərinin istifadəsinə üstünlük verən aerozollar yarada biləcək prosedurlardan yayınmalı və ya minimuma endirməlidir.

"Və əlbəttə ki, müntəzəm, zəruri olmayan stomatoloji prosedurları təxirə salmaq. Bu, müayinə, diş təmizliyi, profilaktik prosedurlar və əlbəttə ki, bəzi estetik prosedurlar deməkdir" - deyə, Varen əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının digər tövsiyələrinə infeksiyanın qarşısını almaq və azaltmaq üçün stomatoloji prosedurlardan əvvəl və prosedur zamanı fasilədə məsafəli müayinə, fiziki məsafə saxlamaq və maskalar taxmaq daxildir.

Varen deyir ki, ən aktual məsələlərdən biri bütün stomatoloqların fərdi qoruyucu vasitələri olmasını təmin etməkdir. O özünü COVID-19 yoluxdurmaqdan və xəstələrinə ötürməkdən qorumaq üçün bunun vacib olduğunu söyləyir.

XS
SM
MD
LG