Accessibility links

ÜST: COVID-19-a qlobal yoluxmalar rekord həddə yaxınlaşır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 16-da xəbər verib ki, COVID-19-a yoluxma halları dünya miqyasında narahatedici səviyyədə artıb. Hər həftə yoluxmalar iki dəfə artır. Yoluxmalar pandemiya başlayandan göndən bəri ən yüksək həddə yaxınlaşır.

ÜST keçən həftə qlobal olaraq 541960 yeni yoluxma halının aşkarlandığını bildirib. Yoluxmalar fevralın 22-də altı həftəlik azalmadan sonra yenidən artıb.

Agentliyin Cenevrədəki baş qərargahında keçirilən virtual brifinqdə Baş direktor Tedros Adhanom deyib ki, əvvələr yoluxmaların geniş yayılmasının müşahidə olunmadığı ölkələrdə göstəricilər artmaqdadır.

O, Papua Yeni Qvineyanı misal göstərərək deyib ki, ilin əvvəlində ölkədə cəmi 900 yoluxma, 9 ölüm halı var idisə, indi bu rəqəmlər 9300 və 82-dir.

Tedros bunun digər ölkələrə nisbətən aşağı rəqəm olmasına baxmayaraq, yeni yoluxmaların dramatik artımının Yeni Qvineyada daha böyük bir epidemiyaya səbəb olacağından narahatlığını ifadə edib.

O bildirib ki, ÜST keçən ay ölkədə ümumilli peyvənd kampaniyasına başlayıb, və bu həftə Avstraliya, ABŞ və Almaniyadan üç təcili tibbi yardım qrupu kömək üçün ora gedib.

ÜST rəhbəri Papua Yeni Qvineya timsalında peyvəndin bərabər paylanmasının nə qədər vacib olduğunu göstərdiyini bildirib.

Avstraliyanın şimalında yerləşən kiçik cənub Sakit okean ölkəsi pandemiyadan uzun müddət yayına bilmişdi. Lakin məhdudiyyətlərin yoruculuğu, əhali arasında immunitetin aşağı düşməsi, yoluxmaların artması və nəticədə xəstəxanaların gücə düşməsinə səbəb olub.

Tedros Yeni Qvineyanın Avstaliyanın peyvənd ianəsi və ÜST-ün dəstəklədiyi COVAX təşəbbüsünə etibar etdiyini bildirib.

Bu günə qədər COVAX 100-dən çox ölkəyə təxminən 40 milyon doza göndərib. Bu da dünya əhalisinin təqribən 0,25 faizini peyvəndlə təmin etmək üçün kifayətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG