Accessibility links

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi türk fəalların şikayətinə baxıb


İran Azərbaycanında "anti-irqçilik" aksiyaları - Noyabr 2015

2015 noyabr ayında Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində keçirilən “anti-irqçilik” etirazlarına qatıldıqları üçün həbsə məhkum edilən 7 türk fəalın kassasiya şikayətinə baxılıb.

İlkin məhkəmədə fəallar Saleh Molla-Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri 10 ay, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi isə 7 ay həbsə məhkum olmuşdular.

Noyabr 2015 - İran Azərbaycanı
Noyabr 2015 - İran Azərbaycanı

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, fəalların dördu, o cümlədən, Əbulzadə, Fəthullahzadə, Allahverdipur və Şükri məhkəmə iclasında iştirak ediblər.

Bu dosyenin müttəhimlərdən biri İbrahim Nuri iyul ayında keçirilən Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınıb və hazırda Tehranın Evin həbsxanasında saxlanılmaqdadır.

2015-ci ilin noyabr ayında İranın dövlət telekanalının uşaqlar üçün “Fitilə” adlı proqramında türklərin aşağılanması İran Azərbaycanı, Tehran və Qaşqay Eli kimi bölgələrdə geniş etirazlara səbəb olmuşdu.

XS
SM
MD
LG