Accessibility links

Şərqi Azərbaycan valisi: `Təbrizin əhvalı çox yaxşı deyil`


Məhəmmədrza Purməhəmmədi

Şərqi Azərbaycan valisinin söylədiklərinə görə, Şərqi Azərbaycan vilayətində adambaşına düşən mədəniyyət obyektlərinin sayı İranda mövcud olanların yarısı qədərdir.

Bir məqalədə yazılmışdı ki, ‘Təbrizin əhvalı yaxşıdır, amma siz inanmayın!’ Mən isə deyirəm ki, Təbrizin əhvalı yaxşıdır, amma çox yaxşı deyil.
Məhəmmədrza Purməhəmmədi, Şərqi Azərbaycan valisi

İQNA xəbər agentliyinə istinadən, Məhəmmədrza Purməhəmmədi bu sözləri oktyabrın 21-də 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində dilə gətirib.

Vali “İranda çap və nəşrin doğum yeri olan Təbrizin” hazırda “əhvalının çox yaxşı olmadığını” ifadə edib.

“Ölkədə çap və nəşrin doğum yeri Təbrizdir. Müasirlik və onun təzahürlərinin banisi və təqdimatçısı olan Abbas Mirza dönəmindən bəri, Təbriz bu öncüllüyünü qorumuşdur,” Purməhəmmədi bildirib.

O, deyib ki, “hələ də vilayətimizin bütün ölkədə nəşr olunan bir qəzeti yoxdur. Adambaşına düşən mədəniyyət obyektlərimizin sayı ölkədəki orta miqdarın yarısı qədərdir.”

Vali həmçinin iki milyon əhalisi olan Təbrizin kifayət qədər kitabxanası olmadığını önə çəkib.

“Bir məqalədə yazılmışdı ki, ‘Təbrizin əhvalı yaxşıdır, amma siz inanmayın!’ Mən isə deyirəm ki, Təbrizin əhvalı yaxşıdır, amma çox yaxşı deyil,” deyə Məhəmmədrza Purməhəmmədi əlavə edib.

Şərhlərə bax

XS
SM
MD
LG