Accessibility links

Şatdaun ABŞ-ın iqtisadi artımı ilə bağlı gözləntilərə kölgə salır


Şatdaun ABŞ-ın iqtisadi artımı ilə bağlı gözləntilərə kölgə salır
please wait

No media source currently available

0:00 0:01:39 0:00

ABŞ höküməti bağlı qalmağa davam etdiyi təqdirdə insanlara vergiləri gec qaytarıla bilər. Bundan əlavə isə istehlakçı xərclərindən asılı şirkətlərə də ziyan dəyə bilər.

Buna T-Mobile, Home Depot, Walmart və McDonald’s kimi şirkətlər daxildir.

Əgər bu yavaşlama heç bir müsbət artım olmadan davam etsə, təhlükə yarana bilər və şatdaunun davam etməsi mənfi şok ola bilər ki, bu da tənəzzülə gətirib çıxara bilər.
Lakşman Açutan

“Bayram mövsümü daha yeni bitdi. Hazırda bayramdan sonrakı dövrdür, yəni yanvar və fevral ayları. Bu aylarda insanlar çox şey almırlar. Onlar paltaryuyan maşın, soyuducu, maşın kimi uzun zamandır almaq istədikləri bahalı əşyaları almaq və ya evlərini təmir etmək üçün geri qaytarılan vergini gözləyir. İndi isə bu insanlar çox stres keçirir,” Reuters xəbər agentliyinin müxbiri Nandita Bose söyləyir.

İcraçılar və siyasətçilər təkcə 800 min işçinin maaşsız qalmasının birbaşa təsirini deyil, həm də bunun istehlakçı və biznes etimadına nə qədər ziyan vura biləcəyini təhlil edir.

İqtisadi Dövr Araşdırma İnstitutundan Lakşman Açutan:

“Əgər bu yavaşlama heç bir müsbət artım olmadan davam etsə, təhlükə yarana bilər və şatdaunun davam etməsi mənfi şok ola bilər ki, bu da tənəzzülə gətirib çıxara bilər. Hələ ki, hökümətin bağlanmasının tənəzzülə səbəb olacaq təsirləri yoxdur. Amma bu vəziyyət davam etsə və əsas göstəricilər artmasa, bu, həqiqətən də problem ola bilər”.

ABŞ-da hökümət qismən bağlıdır
ABŞ-da hökümət qismən bağlıdır

İstehlak xərcləri ABŞ-ın iqtisadi fəaliyyətinin üçdə ikisini təşkil edir.

Federal Ehtiyat Sistemi və bir çox iqtisadçı bu yaxınlarda maliyyə bazarlarında baş verən çaxmaşma, ticarət münaqişələri və zəifləyən qlobal artımın təhlükələrinə baxmayaraq iqtisadiyyatı ayaqda tutmaq üçün uzun zamandır istehlak xərclərinə arxalanır.

XS
SM
MD
LG