Birləşmiş Ştatlarla nüvə danışıqlarının növbəti raundu ərəfəsində Şimali Koreya xarici təhdidlərə qarşı və özünümüdafiə məqsədilə sualtı ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.
Ekspertlərin fikrincə, Şimali Koreyanın çərşənbə günü raketini sınaqdan keçirməsi 2018-ci ildə Birləşmiş Ştatlarla danışıqları bərpa etməsindən və Pxenyanın qitələrarası ballistik raketlərini aqressiv şəkildə inkişafından sonra təxribat xarakterli olub.
KCNA dövlət xəbər agentliyi Şimali Koreya lideri Kim Con Unun sınaqdan sonra yeni müdafiə sistemi üzərində çalışan alimlərə hərarətli təbriklər göndərdiyini bildirib.
KCNA yeni sualtı ballistik `Pukguksong-3` (SLBM) adlı raketin ölkənin şərqdəki Vonsan şəhərinin sularından "şaquli vəziyyətdə" buraxıldığını bildirib.
Sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyir ki, Şimali Koreya heç vaxt nüvə silahlarından könüllü olaraq əl çəkməyəcək.
Tramp administrasiyasından çıxarılandan bəri ilk dəfə çıxış edən Bolton deyib ki, Şimali Koreya lideri Kim Conq Un “nüvə imkanlarına sahib olmaq üçün əlindən gəlin edəcək”.
Boltonun bazar ertəsi etdiyi çıxışı Şimali Koreyanın nümayəndəsinin BMT-nin Baş Assambleyasındakı çıxışı ilə eyni vaxta təsadüf edib. Nümayəndə öz çıxışında Birləşmiş Ştlatları regiondakı vəziyyətlə bağlı danışıqlara xələl gətirən “provokasiyalar” etməkdə günahlandırıb.
Birləşmiş Ştatlar nüvə proqramını ləğv etməyənədək Şimali Koreyaya qarşı sərt iqtisadi sanksiyaları dəstəkləyir.ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla şəxsi münasibətlərini tərifləyib və deyib ki, iki tərəf yarımadanın nüvəsizləşdirilməsi üzərində əməkdaşlıq edir.