Accessibility links

Şimali Amerikaya bahar erkən gələcək


ABŞ-ın çox hissəsini şaxta bürüsə də, Şimali Amerikaya bahar erkən gələcək. Bunu marmot yuvasından çıxmaqla proqnozlaşdırıb

ABŞ-ın Pennsilvaniya ştatının Paksatoni şəhərində gəmiricilər sinfinə aid marmot yuvasından dan yeri söküləndə çıxıb. Bu şəhərin adı yerli hindlilərin dilində ağcaqanad şəhəri deməkdir.

Fil adı ilə tanınan bu gəmirici öz kölgəsini görürsə bu, qışın 6 həftə sürəcəyinə işarədir.

Bu ənənəni Amerikaya alman köçgünlər gətirib. İndiyədək bu gəmiricinin proqnozu 40 faiz halda doğru çıxıb. Lakin bu, yerli sakinlər və turistlərin bayram etməsinə mane olmur.

Bu ənənə dünyada 1993-cü ildə Bill Myurreyin baş rolda çəkildiyi eyni adlı filmlə tanınmağa başlayıb. Bu filmdə o, hər gün yuxudan marmot günü oyanır. Filmin ekranlara çıxmasından sonra adətən 10-15 adamın toplaşdığı Paksatoniya indi çoxsaylı turist qəbul edir.

Digər ştatlarda da bu ənənə yaşadılır. Məsələn, Nyu-Yorkun Steyten adasından Çak adlı gəmirici yuvasından çıxaraq kölgəsini görməyib. Bu isə Filin proqnozunun doğruluğuna işarədir.

XS
SM
MD
LG