Accessibility links

Şimali Koreya rəsmisi ABŞ-a səfər edəcək


Cənubi Koreyanın Yonhap xəbər agentliyi çərşənbə axşamı bildirib ki, yüksək səviyyəli şimali koreya rəsmisi ABŞ prezidenti Donlad Tramp ilə Şimali Koreya lideri Kim Conq Un arasında planlaşdırılan sammitlə bağlı danışıqlar aparmaq üçün Pekinə səfər edib, çərşənbə isə Nyu Yorka getməyi nəzərdə tutur.

ABŞ və Şimali Koreya rəsmiləri bazar Koreyanın demilitarizasiya zonasında görüşüb. Ağ Evin prezident aparatı rəhbərinin müavini ilə Tramp administrasiyasının digər rəsmiləri isə sammitin keçiriləcəyi nəzərdə tutulan Sinqapura səfər edib.

Bunlar prezident Tramp və Yaponiya baş naziri Şinzo Abe Tramp ilə Şimali Koreya lideri Kim Conq Un arasında planlaşdırılmış sammitdən öncə üz-üzə müzakirələr aparmaq istədiyi vaxta təsadüf edir.

Ağ Ev bildirib ki, Tramp və Abe Kim ilə “gözlənilən görüşlə” bağlı strategiyanı koordinasiya etmək üçün bir araya gəlməyi planlaşdırır.

Abe Tramp ilə nə zaman görüşəcəyini söyləməyib.

Cənubi Koreya prezidenti şənbə günü Şimali Koreya lideri Kim Conq Unla görüşündən sonra deyib ki, Kimin tərəddüdü onun nüvəsizləşdirmə niyyəti ilə əlaqədar deyil, ABŞ-ın Şimali Koreyaya qarşı düşmən münasibəti və ABŞ-ın onun rejiminə zəmanət verib-verməməsi ilə əlaqədardır.

XS
SM
MD
LG