Accessibility links

Koreyalar sammitə hazırlaşır


Şimali Koreya sentyabrın 9-da siyasi quruluşunun 70 illiyini qeyd etməyə hazırlaşdığı dövrdə iki Koreya lideri sammitə hazırlaşır. Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreya prezidenti Mun Cae-İnlə sentyabrın 18-20 arasında Şimali Koreya paytaxtı Pxenyanda üçüncü sammitə qatılacaq.

Pxenyan dərk edir ki, onun sülh və firavanlıqla bağlı məqsədlərinə çatması üçün yalnız qısa fürsət pəncərəsi var.
Stefen Noerpert, təhlilçi

Çərşənbə günü Kim Conq Unla görüşmüş Cənubi Koreyanın milli təhlükəsizlik məsləhətçisi Çunq Ey-Yonq rəsmi Pxenyanın Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə sadiq olduğunu və həm Cənubi Koreya, həm də ABŞ-la sıx əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.

Cənubi Koreya rəsmisi deyib ki, Şimali Koreya lideri nüvəsizləşdirmə prosesinin Cənubi Koreyada olan ABŞ hərbçilərinin statusuna təsir etməyəcəyini anlayır. Onun sözlərinə görə, Kim Conq Unun Sinqapurda görüşdüyü ABŞ prezidenti Donald Trampa etimadı yüksək olaraq qalır və Tramp prezidentliyinin birinci dönəminin sonuna qədər, yəni 2021-ci ilin yanvarınadək nüvəsizləşdilmənin tamamlanmasını istəyir.

Onun sözlərinə görə, Kim Conq Un həmçinin "Şimalın qabaqcıl addımlarına cavab olaraq hərəkət edildiyi təqdirdə daha aktiv tədbirlər həyata keçirmək üçün güclü bir iradə nümayiş etdirib."

Baş verənlər Şimali Koreyanın yubiley mərasimlərindən bir neçə gün əvvələ təsadüf edir. Mərasimə Çindən nümayəndə olaraq, prezident Şi Cinpinq deyil, Çin parlamentinin sədri Li Janşu qatılacaq.

Koreya Cəmiyyətinin baş direktoru Stefen Noerperin sözlərinə görə, bu, öncədən düşünülmüş addımdır. Cənubi Koreya Şimali Koreya ilə ABŞ arasında həm vasitəçi, həm də moderator qismində çıxış edir. Lakin təhlilçi Cənubi Koreya seçiciləri arasında ictimai reytinqi zəifləmiş Munun bu addımla riskə getdiyini də vurğulayıb.

Noerperin sözlərinə görə, Şimali Koreya üçün Mun administrasiyasına ictimai dəstəyin yüksək qalması vacibdir. Belə ki, Pxenyan dərk edir ki, onun sülh və rifahla bağlı məqsədlərinə çatması üçün yalnız qısa fürsət pəncərəsi var.

XS
SM
MD
LG