Accessibility links

Şimali və Cənubi Koreya nümayəndə heyətləri görüşüb


Şimali və Cənubi Koreyalar bazar ertəsi yüksək demilitarizasiya edilmiş ərazilərdə danışıqlar aparıb.

İnanıram ki, biz sentyabr ayında imzalanmış Pxenyan Bəyənnaməsini həyata keçirmək üçün konkret tədbirləri müzakirə edib qərar qəbul edə bilərik.
Ri Son Qvon, Şimali Koreya nümayəndə heyətinin sədri

Yunifikasiya (Birləşmə) naziri Co Myonq-qyon Panmuncona səfər edən Cənubi Koreyanın beş nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edib. Cənubi Koreya heyəti Şimal ərazilərinə rəhbərlik edən ölkənin Sülh Reyunifikasiyası Komitəsinin sədri Ri Son Qvon tərəfindən qarşılanıb.

​"Əvvəllər Şimali və Cənubi Koreyalar çox nadir hallarda görüş keçirib və bu səbəblə çox sıxıntılı atmosfer olub, bir-birimizə inamsız yanaşmışıq. Lakin indi tez-tez görüşürük, biz Koreya xalqı ilə bağlı məsələləri açıq şəkildə müzakirə edə bilirik. Mən inanıram ki, biz sentyabr ayında imzalanmış Pxenyan Bəyənnaməsini həyata keçirmək üçün konkret tədbirləri müzakirə edib, qərar qəbul edə bilərik”, deyə Şimali Koreya nümayəndə heyətinin sədri Ri Son Qvon bildirib.

Görüş zamanı iki ölkə ilin sonuna qədər dəmir və avtomobil yollarını modernləşdirmək və birləşdirmək üzrə ortaq bir layihəyə başlamaq barədə razılığa gəlib.

Cənubi Koreya Unifikasiya naziri Co Myonq-qyon
Cənubi Koreya Unifikasiya naziri Co Myonq-qyon

Onlar həmçinin Koreya müharibəsində ayrılan ailələrlə əlaqədar noyabr ayında Qızıl Xaç görüşmələrini Şimali Koreyanın Kumqanq Dağ İstirahət mərkəzində keçirmək qərarına gəliblər.

Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in sentyabr ayında üçüncü zirvə görüşü zamanı sərhəd əməkdaşlığını gücləndirmək və yarımadada nüvəsizləşmə yolu ilə sülhün bərqərar edilməsi üçün müxtəlif proqramlar həyata keçirməyə razılaşıb.

XS
SM
MD
LG