Accessibility links

Şirazda qurulmuş plakatda İsrail əsgərlərinin fotosundan istifadə edilməsi ilə bağlı üç nəfər həbs edib


İSNA agentliyinin verdiyi xəbərə görə, sentyabrın 28-də Iranın hakimiyyət orqanları Şiraz şəhərində qurulmuş böyük plakatda İsrail əsgərlərinin fotosundan istifadə edilməsi ilə bağlı üç nəfəri həbs edib.

İran-İraq müharibəsində həlak olmuş İran əsgərlərinin xatirəsinə həsr edilmiş bu plakatda yüksəkilikdə dayanmış İsrail əsgərlərinin fotosundan istifadə edilib. Şəklin orjinalında İsrail əsgərlərindən biri qadın olsa da, İran plakatında onun şəkli götürülüb.

Plakatdakı əsgərlərin İsrail hərbi formasında olması və çiyinlərindən M-16 avtomatlarının asılması bəzi sakinlərin gözündən yayınmayıb.

İSNA bildirir ki, Şirazın ədliyyə başçısı Əli Salehi plakatı hazırlamış şəxslər barədə ilkin istintaqın başlandığını deyib.

Plakat sentyabrın 26-da asıldıqdan bir gün sonra sökülüb.

Şiraz meri Heydər İskəndərpur deyib ki, “müqəddəs müdafiə həftəsində” belə bir plakatın peyda olması bağışlanılmazdır.

İran İsrail dövlətini tanımır, Qəzza zolağında Həmas və Livanda Hizbullah kimi anti-İsrail qüvvələrə dəstək verir.

XS
SM
MD
LG