Accessibility links

Şuşada poeziya günlərinin açılışı olub


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təşkil edilən sərgini ziyarət edir

Avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi olub. Heydər Əliyev Fondu tərəfindən təşkil edilən tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Açılış mərasimindəki çıxışında prezident Əliyev 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirib.

Bundan öncə, avqustun 29-da Azərbaycan prezidenti Şuşada şair Molla Pənah Vaqifin muey-məqbərə kompleksinin təmir və bərpadan sonra açılışı və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı mərasimlərində iştirak edib.

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda 44 günlük müharibə Azərbaycan ordusunun beynəlxalq tanınmış sərhədləri daxilində beş rayon, eləcə də Şuşa şəhərinin nəzarətini bərqərar edildikdən sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyşlərin dayandırılması haqda birgə bəyanatının imzalanması ilə başa çatıb.

2021-ci ilin yanvar ayında prezident İlham Əliyev ilk dəfə olaraq Şuşa şəhərini ziyarət edib. Bu il ərzində Şuşada tarixi abidələr, o cümlədən Natavan bulağı və Bülbülün ev-muzeyi bərpa olunub, şəhərdə bir sıra layihələrin təməli qoyulub, Şuşa şəhərinin baş planı təsdiq edilib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG