Accessibility links

Əbu Bəkr Əl-Bağdadinin bacısı ələ keçirilib


Türkiyə Suriyanın şimal-qərbində İslam Dövləti qrupunun öldürülmüş liderinin böyük bacısını ələ keçirdiyini bildirib.

Yüksək səviyyəli Türk rəsmisinin verdiyi məlumata görə, Əbu Bəkr Əl-Bağdadinin bacısı bazar ertəsi axşam saatlarında Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı konteynerə basqın zamanı ələ keçirilib.

Əbu Bəkr Əl-Bağdadinin bacısı haqqında məlumat azdır.

Qurum rəsmisi 65 yaşlı Rəsmiyə Avadın ekstremist qruplaşma ilə əlaqədə olmaqda şübhəli bilindiyini söyləsə də, bunu dəqiqləşdirməyib.

Rəsminin sözlərinə görə, əl-Bağdadinin bacısı basqın zamanı əri, gəlini və beş uşağı ilə birlikdə olub.

Verilən məlumata görə, böyüklər hökumətin protokoluna uyğun olaraq anonimlik şərtiylə dindirilib.

İraqın Samərra şəhərindən olan Əl-Bağdadi ötən ay ABŞ-ın yaxınlıqdakı İdlib əyalətindəki reydi zamanı öldürülüb.

Basqın ABŞ-ın rəhbərlik etdiyi koalisiya, Suriya və İraq müttəfiqləri tərəfindən bir sıra hərbi məğlubiyyətlərdə Suriya və İraqda saxladığı əraziləri itirən qrupa böyük zərbə olub.

Əl-Bağdadinin bacısının tutulduğu ərazi 2016-cı ildən başlayaraq İŞİD yaraqlılarını və kürd döyüşçülərini təqib etmək üçün hərbi əməliyyat həyata keçirdikdən sonra Türkiyənin idarə etdiyi bölgədir.

Müttəfiq Suriya qrupları Fərat Qalxanı zonası kimi tanınan əraziyə nəzarət edir.

Şərhlərə bax

XS
SM
MD
LG