Accessibility links

Əfqanıstanı quraqlıq bürüyüb


Əfqanıstanı quraqlıq bürüyüb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Əfqanıstanı quraqlıq bürüyüb

Əfqanıstanın qərbində 150 min insan ölkənin 3-də ikisini bürümüş quraqlıq səbəbiylə öz evləribni tərk edib. Onlardan bir çoxu müvəqqəti evlərdə yaşamaq məcburiyyətindədir.

İnsanlar təbii fəlakətlərin təsirindən evlərini tərk edib düşərgələrdə yaşamaq məcburiyyətində qalıb.

Kiçik bir yardımla onlar özləri bir-birlərinə kömək edirlər. Yayın ən qızmar çağında dedilər ki, bəzi uşaqlar istilikdən öldülər. Qışın yaxınlaşdığı dövrdə onlar indi qadın və uşaqlarından narahat olub, ailələrini qorumaq üçün palçıqdan kərpic evlər tikirlər.

Herat şəhərinin şəhərinin kənarında yerləşmiş bu özü-özünə yaranmış icmanın üzvləri buraya Əfqanıstanın qərbi Badqiş vilayətindən gəliblər.

Bu, quraqlığın ən çox olduğu ərazilərdən biridir. Ölkənin 3-də ikisi quraqlıqla üzləşib. Fermerlər məhsullarının məhv olmalarını və toxumların qurumaqlarını izləyiblər.

Köçkün düşmüş ferler Baharuddin bildirir ki, üç ildir ki, burada quraqlıqdır. Onlar bu torpaqdan heç bir qazanc əldə edə bilmirlər. Pullarını gübrə və əkinçilik maşınlarına sərf ediblər. Lakin suyun olmaması, heç bir məhsulun olmaması deməkdir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əfqanıstan artıq öz illik məhsulunun yarısını itirib.

BMT rəsmiləri bildirir ki, altı aydan artıqdır ki, iki milyondan çox insan aclıqla üzləşib. BMT sənədləri göstərir ki, bu il ehtiyacı olanlara humanitar yardımın yalnız 32% -i çatdırılıb.

Köçkün icmanın matriarxı Xor bibi deyir ki, hava qurudur, elə torpaq da. Onlar burada eləcə gözləyirlər, paltarsız, və ya ayaqqabısız, qidasız, geyməyə heç nələri olmadan gözləyirlər.

Dəniz və su qaynaqları quruduğundan,fermerlər və çobanlar çarəsiz halda on minlərlə mal-qaranın ölümünü seyr edib. Ailələr öz resurslarını tükədiblər.

BMT səlahiyyətliləri bu quraqlığın təsirindən narahatdırlar. Əfqanıstanda artan zorakılıq və inamsızlıqla birlikdə bu quraqlıq gələcək illərdə ciddi əks-səda doğuracaq.

XS
SM
MD
LG