Accessibility links

Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrini hədəf alıb


Əfqanıstanın şimalında Taliban 4 ayrı-ayrı hücum zamanı təhlükəsizlik qüvvələrini hədəf alıb. Nəticədə 52 nəfər öldürülüb.

Taliban və qüvvələr arasında qarşıdurmalar dünən axşamdan başlayıb və bu gün davam edib.

Kunquz vilayətinin Dəşti Arçi bölgəsində azı 13 təhlükəsizlik qüvvələrinin 13 əsgəri öldürülüb. Hücumlar nəticəsində 15 əsgər yaralanıb.

Hər iki bölgədəki hücumlar Taliban sözçüsü tərəfindən təsdiqlənib.

Üçüncü hücum Smanqan bölgəsində həyata keçirilib. 14 əfqan əsgərinin öldürülüdüyü xəbər veilir.

Dördüncü hücum Sare-Pulda qeydə alınıb ki, orada təhlükəsizlik qüvvəsinin 17 əsgəri həlak olub.

Taliban Hmayat bölgəsində də təhlükəsizlik qüvvələri bir neçə istiqamətdən hücuma məruz qalıb. 8 polis işçisi öldürülüb, 1-i xəsarət alıb. Atışma nəticəsində 7 Taliban yaraqlısı öldürülüb.

XS
SM
MD
LG