Accessibility links

Əfqanıstan höküməti "ekzistensial böhran"la üzləşir


Taliban nümayəndə heyəti Əfqanıstan höküməti rəsmiləri ilə danışıqlar aparır. Doha şəhəri, Qatar. 12 sentyabr 2020

ABŞ qoşunları avqust ayında Əfqanıstandan tamamilə çıxdıqdan sonra Kabildəki hökümət mövcudluğunu qorumaq üçün mübarizə aparacaq. Ola bilsin ki, nəzarət tamamı ilə Talibanın əlinə də keçsin. Bunu ABŞ hökümətinin hadisələri yerində izləyən müşahidə qrupu bildirir.

ABŞ-ın yüksək rütbəli hərbi məmurları və əfqan rəsmilərinin bir sıra ehtiyatlı nikbin qiymətləndirmələrinə baxmayaraq Əfqanıstanı Yenidənqurma üzrə Xüsusi Baş Müfəttişin (SIGAR) yeni hesabatı vəziyyəti "təhlükəyə açıq" olaraq xarakterizə edir. Hesabat əfqan təhlükəsizlik qüvvələrinin əhəmiyyətli dərəcədə müqavimət göstərməyə hazır olmadıqları ilə bağlı narahatlıqları əks etdirir.

"Ümumi tendensiya Əfqanıstan hökuməti üçün açıq-aşkar xoşagələn deyil. Əgər bu vəziyyət həll olunmasa hökümət eksiztensial böhranla üzləşə bilər" deyə Xüsusi Müfəttiş Con Sopko çərşənbə günü yayımlanan hesabatda bildirir.

O həmçinin əlavə edib ki, "ANDSF (Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri) bəzi bölgələri geri alıb və Əfqanıstan hökuməti Kabil də daxil olmaqla bütün 34 əyalət mərkəzinə nəzarət edir. Lakin ictimai məlumatlarda təhlükəsizlik qüvvələri hazırlıqsız görünürlər və indi özlərini təhlükədə hiss edirlər".

ABŞ Prezidenti Co Bayden aprel ayında Amerika qoşunlarının Əfqanıstandan çıxacağını elan etməsindən sonra ABŞ rəsmiləri Əfqanıstan hökumətinin qarşılaşdığı çətinlikləri minimuma endirməməyə çalışırlar.

Keçən bazar günü ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet "Frank" MakKenzi Kabildə jurnalistlərə bildirib ki, Əfqanıstan hökuməti "sərt bir sınaqla qarşılaşıb".

Lakin o əlavə edib ki, Talibanın qaçılmazlıq hissi yaratmaq cəhdlərinə baxmayaraq, "bu döyüş üçün əvvəlcədən təyin olunmuş bir nəticə yoxdur".

Əfqanıstan Prezidenti Əşrəf Qani daha yaxşı nəticələr vəd edib və deyib ki, əfqan ordusu səylərini şəhər ərazilərinin müdafiəsinə yönəldərək üstünlük əldə edə bilər.

Digər tərəfdən isə baxmayaraq ki, ABŞ-ın Əfqanıstanda artıq hava bazası yoxdur, ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə hava hücumları ilə dəstək verib. Rəsmilər Taliban hərbi hücumlarını azaltmayanadək hava hücumlarının davam edəcəyinə söz verib.

Lakin SIGAR öz hesabatında Talibanın geri çəkilməsinə inanmaq üçün bir səbəbin olmadığını bildirir. Hesabatda həmçinin qeyd olunur ki, ABŞ rəsmilərinin Talibanla zorakılıqları azaltmaq barədə razılaşmalarına baxmayaraq, Taliban müqavilədəki öhdəliklərini yerinə yetirmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG