Accessibility links

Əfqanıstan prezidenti Talibanla atəşkəsə son qoyub


Əfqanıstan prezidenti Əşrəf Qani şənbə günü milli təhlükəsizlik qüvvələrinə qiyam əleyhinə əməliyyatları bərpa etmələrinə dair göstəriş verərək, Talibanla 18 günlük atəşkəsi ləğv edib.

Hökümət iyunun 15-də keçirilən Ramazan bayramından iki gün öncə ölkədə Taliban əleyhinə bütün əməliyyatları bir həftəlik dayandırmışdı.

Qani daha sonra atəşkəsi 10 günü daha artırmış, bunun qiyamçıların zorakılıqlara son qoymağa və Əfqanıstan müharibəsinə dinc son tapmağa təşviq edəcəyinə ümid edirdi.

Taliban üçün bir ilk

Taliban da 17 ildir davam edən müharibədə ilk dəfə olaraq üç günlük Ramazan bayramı ərəfəsində bütün döyüş meydançası hücumlarını dayandırmışdı. Lakin qiyamçılar Qaninin atəşkəsi uzatmaq çağırışlarını rədd edib, Əfqanıstan qüvvələrinə qarşı ölümcül hücumları davam etdiriblər.

“Atəşkəs başa çatıb və bizim təhlükəsizlik və müdafiə qüvvələrimiz əməliyyatlarını bərpa edə bilərlər,” deyə Qani Kabildə keçirilən mətbuat konfransında bildirib.

Lakin o, hökümətin Talibanla sülh və siyasi barışıq yolu axtardığını, eyni zamanda təhlükəsizlik əməliyyatlarının da davam edəcəyini vurğulayıb. Qani deyib ki, Ramazan atəşkəsi Taliban döyüşçülərinin müharibə və sülh axtarışından təngə gəldiyini göstərdi.

ABŞ ordusu da həmçinin hökümətin elan etdiyi atəşkəs zamanı Əfqan qüvvələrinə dəstək məqsədilə Talibana qarşı hava hücumlarını dayandırmışdı. Qani qiyamçı qrupu bir daha danışıqlara çağırıb.

Əfqanlar və müstəqil müşahidəçiləri Ramazan bayramında döyüşlərin müvəqqəti olaraq dayandırılmasının Taliban döyüşçüləri və hökümət əsgərlərinin bir-birilərinin nəzarət etdiyi ərazilərə daxil olmaları ilə nəticələnib. Mətbuatda hər iki tərəfdən döyüşçülərin bir-biriləri və Əfqanıstan vətəndaşları ilə söhbət etdiyini göstərən foto və videolar yer alıb.

Lakin Taliban özünün elan etdiyi atəşkəsin Kabilin müvəqqəti olaraq təhlükəsizlik əməliyyatlarına son qoymasına cavab olduğuna dair iddiaları rədd edib. Qiyamçı qrup həmçinin Kabilin döyüşçülərinin müharibədən bezdiyinə dair iddialarını da inkar edib.

Taliban sülh danışıqlarını Amerikanın “marioneti” adlandırdığı Əfqanıstan höküməti ilə deyil, Birləşmiş Ştatların özü ilə aparacağını bir daha vurğulayıb.

Vaşinqton isə hələ ki, Talibanın birbaşa danışıq çağırışlarını rədd edir. Onlar sülh prosesinə əfqanların başçılıq etməli olduğunu söyləyir. Lakin ABŞ əfqanlar-arası danışıqlar başlayandan sonra bu danışıqlara daxil olacağına da söz verib.

XS
SM
MD
LG