Accessibility links

Əfqanıstan prezidentinin xalqa müraciətindən əvvəl Kabil raket hücumuna məruz qalıb


Əfqanıstanda Prezident Əşrəf Qani müsəlmanların Qurban bayramı münasibəti ilə xalqa müraciətindən əvvəl paytaxta üç raket atılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi verib.

Təxminən səhər saat 8-də atılan raketlərin səsi prezident sarayı və ABŞ səfirliyi də daxil olmaqla, bir neçə səfirliyin yerləşdiyi Yaşıl Zona ətrafında eşidilib.

"Bu gün Əfqanıstanın düşmənləri Kabil şəhərinin müxtəlif yerlərinə raket zərbələri endirib" - deyə, Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanikzai bildirib.

"Bütün raketlər üç fərqli yerə düşüb. İlkin məlumatlara əsasən, itki yoxdur. Komandalarımız təhqiqat aparır," Stanikzai əlavə edib.

Hücumdan bir neçə dəqiqə sonra Qani bəzi yüksək səviyyələri rəsmilərin iştirakı ilə xalqa müraciət edib.

Bundan əvvəl prezident sarayına bir neçə dəfə raketlər atılmışdı. Ən sonuncusu dekabr ayında baş vermişdi.

Raket hücumları 31 avqust tarixinə qədər xarici qouşunların ölkədən tam çıxarılması fonunda Talibanın hücumlarını artdığı bir vaxta təsadüf edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG